Böyük Brtitaniyada müsəlman alıcılarına hesablanmış oyuncaq "kukla" satışına başlanılıb. SİA-nın məlumatına görə, "The Lancashire Telegraph" yazır ki, dini normalara riayət etmək üçün "kuklanın" üz cizgiləri yoxdur və başına hicab geyindirilib. Oyuncağın qiyməti isə 25 funt-sterlinqdir. Təxminən 40 ABŞ dolları.
Oyuncağı ixtira edən isə müsəlman məktəbinin keçmiş müəlliməsi Ridvanadır. Onun istəyinə görə, soyadı mətbuatda ictimailəşdirilməyib. Ridvana bildirib ki, "kukla"nı yaratmasına əsas səbəb müsəlman valideynlərinin normal kuklaların bənizlərindəki rəngarənglik olmasından etdikləri şikayətlərdir. Bu amil isə müsəlman qız uşaqlarının İslam dəyərlərindən uzaqlaşmalarına səbəb olur. İxtiraçı qadın bildirib ki, yaxın gələcəkdə müsəlman uşaqların təlim-tərbiyəsi ilə bağlı kitab yazmağı da düşünür. O, həmçinin "kuklanın" simasının olmamasını belə izah edib ki, İslamda üz cizgilərinin göstərilməsi yolverilməzdir.
Qeyd edək ki, Böyük Britaniya bazarlarına çıxarılan "kuklaların" istehsalı ilə Çinin oyuncaq fabriki məşğuldur.
Bir sıra İslam biliciləri də deyiblər ki, sözügedən "kukla" şəriətin bütün normalarına cavab verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB