Məmməd Əlizadə: “Müsavat Partiyasının gələcəyi şübhə altındadır”

Məmməd Əlizadə: “Müsavat Partiyasının gələcəyi şübhə altındadır”

"Müsavat partiyasının dekabrın 14-də keçirdiyi uğursuz aksiyadan sonra bu partiyasının sonunun gəldiyini demək olmaz". Bu sözləri SİA-ya açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının başqanı Məmməd Əlizadə bildirib.

Onun sözlərinə görə, Müsavatın keçirtdiyi uğursuz mitinqdən sonra partiyada fəaliyyət göstərən bəzi şəxslərin istefa verməsi gözləniləndir: "Son zamanlarda partiya daxili parçalanmalar onun fəaliyyətinə maneələr törədir. Lakin partiyada baş verən intriqalar, çaxnaşmalar Müsavat partiyasının gələcəyini böyük şübhə altına alır. Bundan sonar müsavatdan istefa verənlərin sayı artacaq, çünki artıq heç kim özünü bu partiyada görmək istəmir. Heç kimə qarşıda duran məqsəd və məram açıqlanmır. Müsavatçılar əlində qara lampa tutan şəxslərin dalınca düşüb".

Bütün xəbərlər Facebook səhifəmizdə