"Rövşən Qəmbər son zamanlar qardaşı, Müsavat partiyasının eks başqanı İsa Qəmbərə qarşı neqativ fikirlərlə gündəmə gəlir. Müxalifətdə yüksəlmək istəyən bir çox şəxslər hətta öz yaxınları tərəfindən də dəstəklənmir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirib.
Müsavatda həmsədrlik institutunun yaradılması iddiasına münasibət bildirən E.Musayev qeyd edib ki, kiçik bir qrupa öz ağsaqqallığını, xarizmasını nümayiş etdirə bilməyən şəxslər dövlətin gələcək talehini həll etməyə səy göstərirlər: "Bu günün özündə Müsavatda həmsədrlik institutunu formalaşdıra biləcək bir şəxs mövcud deyil. Rövşən Qəmbərin özünə də Müsavat partiyasında hökm sürən hazırki vəziyyət çox gözəl bəllidir. Sadəcə, burada məsələnin kökündə siyasi mexanizmlər yox, iki qardaş arasında hökm sürən nifaq dayanır. Biz bunu Rövşən Qəmbərin açıqlamalarında da aydın şəkildə sezə bilirik. Ailədaxili münaqişələrin nəticəsində ortaya çıxan bu intriqalar bu gün də davam etməkdədir. Ümumiyyətlə, iki qardaşın arasında baş verən bu iğtişaşlara nəzər yetirdikdə tam əminliklə deyə bilərəm ki, onların gələcəkdə heç bir perspektivli addımları olmayacaq. İkinci bir tərəfdən Müsavat partiyasında keçirilən bütün seçkilər tamamilə ədalətsiz olub. Bu ədalətsizliklərin qurbanları isə bir çox hallarda ziyalı şəxslər olublar, bugünün özündə də Arif Hacılının timsalında bu cür saxtakarlıqlar davam etdirilir. Azərbaycan müxalifətində özünü əsas iki qüvvə kimi təqdim edən AXCP və Müsavat partiyaları despot xarakterli, diktator ruhlu mühitdə formalaşıb. Bu cür bir mühitdə həmsədrlik institunun formalaşması qeyri mümkündür. Çünki İsa Qəmbər bu günün özündə də Müsavat partiyasının faktiki icraçısıdır. Arif Hacılının partiya rəhbərliyinə gətirilməsi sadəcə şou xarakterli addım idi. Tam əsasla demək olar ki, Arif Hacılı İsa Qəmbərin əlində oyuncaq bir fiqurdur. İsa Qəmbər Arif Hacılının adından öz çirkin niyyətlərini həyata keçirməyə çalışırdı. Amma mən deyərdim İsa Qəmbərin bu taktikası baş tutmadı. Dünənki mitinqə də Arif Hacılı "papka daşıyıcısı" şəklində iştirak etdi. İsa Qəmbər öz davranışı və mitinqə gəlişi ilə mediaya Müsavatın faktiki lideri olduğunu bir daha göstərmiş oldu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB