Maltanın Baş nazirinin Azərbaycana səfəri başlayıb

Maltanın Baş nazirinin Azərbaycana səfəri başlayıb

Malta Respublikasının Baş naziri Cosef Muskat dekabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. SİA-nın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Cosef Muskatın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Maltanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Baş nazir Cosef Muskatı hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə