"İqtidar-müxalifət dialoqu "Böyük dialoq"un əsasını qoya bilər" AÇIQLAMA

"İqtidar-müxalifət dialoqu "Böyük dialoq"un əsasını qoya bilər" AÇIQLAMA

"Hesab edirəm ki, iqtidar-müxalifət dialoqu Azərbaycan siyasi həyatında gələcəkdə baş verə biləcək böyük diaolqun başlanğıcının əsasını qoya bilər". Bunu SİA-ya Vəhdət Partiyası Sumqayıt şəhər təşkilatının sədri Vasif Əfəndiyev ötən gün Azərbaycanda bir qrup aparıcı müxalifət partiya sədrlərinin təşəbbüsü ilə baş tutan iqtidar-müxalifət dialoquna münasibət bildirərkən deyib.

Təşkilat sədrinin sözlərinə görə, bu görüşün adı ümumilikdə iqtidar müxalif görüşü adlansa da, əsasən tədbirdə iqtidarla daim təmasda olan partiyaların iştirakını gördük: "Yalnız istisna Vəhdət Partiyasıdır. Çünki, son 10 ildə Vəhdət partiyası siyasi kursunda dəyişiklik edərək hakimiyyəti dəstəklədiyini bildirsə də, hələ də partiyanın problemləri öz həllini tapmayıb. Son parlament seçkilərindən əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hücumuna məruz qalan və bütün əmlakı bu qurum tərəfindən oğurlanan partiya nə qərargahını nə də əmlakını geri ala bilmir".

Bütün xəbərlər Facebook səhifəmizdə