Seçkiləri müşahidə etmək üçün 39 min 263 nəfər qeydiyyatdan keçib

Seçkiləri müşahidə etmək üçün 39 min 263 nəfər qeydiyyatdan keçib

"Bu günə qədər Azərbaycanda bələdiyyə seçkilərini müşahidə etmək üçün 39 min 263 nəfərin müraciəti qeydə alınıb". SİA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, hazırkı duruma əsasən hər məntəqədə seçki prosesini 8 müşahidəçi izləyəcək.

MSK sədri deyib ki, bu gündən etibarən Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Dairə Seçki Komissiyalarına seçki bülletenlərinin paylanılmasına başlanılıb: "Sabahdan etibarən isə ucqar rayonlar ərazisində yerləşən yerləşən Dairə Seçki Komissiyalarına seçki bülletenlərinin paylanılmasına başlanacaq. Ümid edirəm ki, proses dekabrın 18-dək yekunlaşacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə