Mirmahmud Mirəlioğlu: “Bu görüş bütün məsələlərə müsbət təsiri göstərəcək”
"Bu görüş bütün məsələlərə müsbət təsiri göstərəcək". SİA-nın məlumatına görə, bunu jurnalistlərə iqtidar nümayəndələri və bir qrup müxalifyönlü siyasi partiya sədrlərinin iştirakı ilə keçirilən görüşün nəticələrindən danışan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.
M.Mirəlioğlu deyib: "Görüşdə siyasi məhbus, proporsional seçki, partiyaların maliyyələşdirilməsi məsələsi müzakirə olundu. Qeyd olundu ki, bu cür görüşlər davamlı olsun. Biz bu görüşün nəticəsini gözləyəcəyik. Görüşün nəticəsindən asılı olaraq, məsələni qiymətləndrəcəyik. Hər halda zamanla hər şey müəyyən olunacaq: "Növbəti görüşlə bağlı indidən nəsə demək tezdir. Bu, hazırki görüşdə səsləndirilən təkliflərin reallaşmasından asılı olacaq".
M.Mirəlioğlu Müsavat və AXCP-nin görüşə qatılmamasının səbəblərinə də aydınlıq gətirib: "Demokratiya və İnsan haqları Mərkəzində bu görüş müzakirə olunub. Həmin toplantıda 11 partiya sədri iştirak edib. İqtidarla görüşdə Müsavat Partiyası iştirak etməyəcəyini bəyan edib, amma mərkəzdə bununla bağlı müzakirələrə qatılıb. AXCP isə bu məsələdə hansı mövqedə dayanmasını özünüz də görürsünüz. Biz 8 partiya olaraq, görüşə qatılmışıq. Digər partiyaların iştirakı isə öz təşəbbüsləri ilə olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB