Əli Həsənov: “Görüşdə iştirak edən partiyaları müxalifət partiyası sayırıq”
"Hüquqi yanaşma üçün müxalifət partiyaları mövcud hakimiyyətə müxalif mövqedə dayanan və hakimiyyətdə təmsil olunmayan əksər partiyalara deyilir". SİA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün aparıcı müxalifət partiyaları sədrləri ilə keçirilən görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Ə.Həsənov deyib ki, siyasi partiyaların müxalif yönlülüyünü, müxalifət olmasını, xarici dairələrlə bağlılığı müəyyən etmir: "Siyasi partiyaların müxalif yönlülüyünü onların hüquqi statusundakı tutduğu yer, mövqe müəyyən edir. Burada təmsil olunan partiyaların əksəriyyəti müxalifət partiyası sayılır. Bizdə onları müxalifət partiyası sayırıq. Onlar hakimiyyətə qarşı müxalif mövqedədirlər və onlar hakimiyyət strukturlarında təmsil olunmurlar. İqtidaryönlü partiya o partiyalardır ki, ya hakimiyyət strukturlarında bilavasitə təmsil olunur, ya da hakimiyyətlə həmrəy olduğunu bütün məsələlərdə hakimiyyətlə bir olduğunu bəyan edir. Belə partiyalar bizim parlamentdə mövcuddur və onlar burada iştirak etmirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB