Mais Səfərli: “Bütün bunlar istintaqa təzyiq göstərməyə hesablanıb” AÇIQLAMA
"Ümumiyyətlə, Leyla Yunus və Xədicə İsmayılın bütün davranışları istintaqa təzyiq göstərməyə hesablanıb". Bunu SİA-ya "Yurddaş" Partiyasının sədri Mais Səfərli Leyla Yunus və Xədicə İsmayılın beynəlxalq ictimaiyyətin, təşkilatların diqqətini özlərinə cəlb etmək üçün şahidləri belə şantaj etməsinə münasibət bildirərkən deyib.
Partiya sədri bildirib ki, hətta ötən gün ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev çıxışında Leyla Yunusun bütün intizam qaydalarını pozduğunu belə ifadə etmişdi ki, bu şəxs kobud şəkildə özünü çox pis aparır. Öz vəkili vasitəsilə müxtəlif şayələr yayır ki, guya o xəstədir, ona baxmırlar, müalicə etmirlər, müayinə etmirlər. Amma özü həkimləri təhqir edir, həkimlərə qarşı çox kobud davranır. Bir sözlə, Leyla Yunus oradakı personala qarşı kobud davranır".
M.Səfərli deyir ki, bütün bunların hamısı beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə və eyni zamanda istintaqa təzyiq-təsir göstərmək vasitəsinə hesablanıb: "Onu dəstəkləyən beynəlxalq dairələrdəki çevrələrin də məhz bu cür hüquqdan kənar, hüquqa zidd bəyənatlar verməsi bir daha göstərir ki, onlar istintaqa təzyiq edir, Leyla Yunusu cinayət məsuliyyətindən uzaqlaşdırmaq niyyəti güdürlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB