Bu gündən MSK DİN-lə seminar-müşavirələrə başlayır

Bu gündən MSK DİN-lə seminar-müşavirələrə başlayır

Bu gündən etibarən Mərkəzi Seçki Komissiyası (MSK) Daxili İşlər Nazirliyi (DİN) ilə birgə seminar-müşavirələrə başlayır. MSK-nın Katibliyinin media və ictimai əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, bələdiyyə seçkiləri prosesində və səsvermə günü ictimai qaydanın pozulması hallarının qarşısının alınması istiqamətində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən zona seminar-müşavirələrində dairə seçki komissiyalarının sədrləri və polis orqanları nümayəndələri iştirak edəcək.

Seminar-müşavirələrdə MSK üzvləri, MSK Katibliyinin əməkdaşları və DİN-in müvafiq qurumlarının nümayəndələrinin bələdiyyə seçkilərinin keçirilməsi, bu proseslərdə polisin rol və vəzifələri ilə bağlı müxtəlif mövzularda çıxışları dinləniləcək, təqdimatlar və müzakirələr aparılacaq.

Seminar-müşavirələr dekabrın 13-də Gəncədə, dekabrın 15-də Şirvanda, dekabrın 16-da isə Bakıda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə