Oğuz

Dekabrın 12-də Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatında qadın namizədlərlə görüş keçirilib. YAP Oğuz rayon təşkilatı Qadınlar Şurasının sədri Mariya Həsrətova bildirib ki, YAP seçkilərə məhz xalqın dəstəyini qazana biləcək namizədlərlə gedir: "Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi və sosial siyasət nəticəsində Azərbaycan nəinki regionda, Avropa miqyasında güclü inkişaf edən bir dövlətə çevrilib. Sözsüz, bu tərəqqinin əldə olunmasında qadınlarımızın da rolu böyükdür."
YAP Suraxanı rayon təşkilatı Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva qeyd edib ki, bu ilki seçkilərdə iştirak edən YAP namizədlərinin 35 faizini qadınlar təşkil edir. YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva isə bildirib ki, qadınlar dövlət orqanlarında təmsil olunurlar, seçkilərdə fəal iştirak edirlər və uğurlar qazanırlar.
YAP-ın namizədləri Zərniyar Nəsibova, Xaçəstə Abdullayeva və digərləri cəmiyyətdə bələdiyyələrin rolunun artmasının vacibliyindən danışıblar, hər kəsi aktiv olmağa, "Rifah və Quruculuq Naminə" YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Astara

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının Qadınlar Şurası bələdiyyərə namizədliyini irəli sürülmüş qadın üzvlərlə görüş keçirib. Görüşdə Azərbaycan Dövlət İqtisad Unverstetinin Distant Qiyabi və əlavə Təhsil Mərkəzinin Direktor müavini, YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının sədri, seçki qərargahının üzvü Təranə Kərimova və Əməkdar pedaqoq Adilə Kərimova iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov bələdiyyə seçkilərinə görülən hazırlıq işləri barədə məlumat verib.
Sonra qonaqlardan YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova çıxış edərək bildirib ki, YAP Qadınlar Şurası təşviqat prosesinə fəal şəkildə qoşularaq yerlərdə müşavirələr, dəyirmi masalar və bir sıra müxtəlif tədbirlər həyata keçiriblər. Seçki kampaniyasında namizədlərə uğurlar arzulayan T.Kərimova qeyd edib ki, qadınların bələdiyyələrdə təmsil olunması günün tələbidir: "Bələdiyyələr daha çox əhalinin sosial məsələləri ilə məşğul olan qurumdur. Bu baxımdan, qadınların yerli özünüidarəetmə orqanlarında iştirakı qadın ədalətinin, şəfqətinin, diqqətinin bu quruma gətirilməsi deməkdir".
Tədbirdə çıxış edən YAP Astara rayon təşkilatının Qadınlar Şurasının sədr müavini Qızbəs Məmmədova, Şura üzvü Sakitə Əliyeva və Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova YAP-ın cəmiyyət həyatındakı mövqeyindən, həyata keçirilən layihələrdən danışaraq qadın namizədlərə uğurlar arzulayıblar.
Sabirabad

Bu, Sabirabadda YAP tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş qadınların yekdil fikridir
Dekabrın 11-də Yeni Azərbaycan Partiysı (YAP) Sabirabad rayon təşkilatında partiya tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş qadınlarla seçki qərargahının üzvlərinin görüşü keçirilib. Tədbiri YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev açaraq bələdiyyə seçkilərinə start veriləndən sonra görülmüş işlər barədə ətraflı məlumat verdi. O bildirdi ki, hazırda təşkilatımızın minlərlə üzvü arasından 263 nəfərin bələdiyyə üzvlüyünə namizədliyini irəli sürmüşük. Onların 40 faizini qadınlar təşkil edir.
Tədbirdə YAP Qadınlar Şurasının üzvü Məleykə Həsənova çıxış edərək bildirdi ki, bütün seçkilərdə olduğu kimi bu seçkilərin də ədalətli, şəffaf, Seçki Məcəlləsinin tələblərinə uyğun keçiriləcəyinə, inanırıq. Eyni zamanda, xalqın etimad və inamını qazanmış YAP namizədlərinin bu seçkilərdə də qələbə qazanacağı şəksizdir.
YAP-ın alternativsiz bir partiya olduğunu deyən bələdiyyə üzvlüyünə namizəd, Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova partiyanın bu seçkilərdə də qadınlara önəm verdiyindən qürurlandığını bildirdi. Onun sözlərinə görə, bu etimadı doğrultmaq üçün hər bir namizəd ciddi çalışmalı və qazandığı uğurlarla partiyanın nüfuzunu qaldırmağa nail olmalıdır.
Çıxışlardan sonra namizədlərlə partiya fəalları təbliğat-təşviqat kampaniyasına dair müzakirələrini davam etdirdilər.
Salyan

Salyanın Kürqaraqaşlı və Arbatan kəndlərində YAP-ın bələdiyyə üzvlüyünə namizədlərin seçicilərlə görüşləri keçirilib
Dekabrın 11-də YAP Salyan rayon təşkilatının Seçki Qərargahı bələdiyyə seçkilərindəki təbliğat-təşviqat işini rayonun Kürqaraqaşlı və Arbatan kəndlərində də davam etdiriblər. YAP Saylan rayon təşkilatı Seçki Qərargahının üzvlərinin seçicilərlə keçirdiyi görüşlərə kəndin ziyalıları, ağsaqqalları olmaqla 100-dən çox seçicisi qatılmışdı.
Görüşdə çıxış edən YAP Salyan rayon təşkilatının aparat rəhbəri Mirzə Mirzəyev bildirdi ki, bütün seçkilərə təkmil proqramlarla gələn YAP milyonların partiyası olduğunu əməli fəaliyyəti ilə doğruldaraq xalqla həmrəylik və birlik nümayiş etdirir. Xüsusən imzatoplama kampaniyasında mütəşəkkilliklə iştirak edən seçicilərin fəallığı partiyamıza inamın təzahürüdür.
Seçki qərargahının üzvü Fazil Məhərrəmov seçicilərlə görüşdə çıxış edərək bildirdi ki, ötən siyasi kampaniyalarda olduğu kimi yerli özünü idarəetmə orqanlarına namizədliyi irəli sürülən partiya üzvlərimiz, fəallarımız, xüsusilə gənclərimiz siyasi hazırlıq nümayiş etdirirlər. Bu imkan verir deyək ki, bu seçkidə də namizədlərimizin qələbəsi şəksizdir.
Görüşdə bələdiyyə üzvlüyünə namizəd Fəxrəddin Vəliyev də çıxış edərək seçiciləri bundan sonra da kəndlərini abad və inkişaf edən görmək istəyirlərsə YAP-ın namizədlərinə səs verməyə səslədi.
Beyləqan

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatında bələdiyyə üzvlüyünə YAP tərəfindən irəli sürülmüş qadın namizədlərlə növbəti görüş keçirilib.
Tədbiri YAP Beyləqan rayon təşkilatının sədri Rəfail Pəsiyev açaraq rayon təşkilatı tərəfindən görülən işlər barədə məlumat verdi. O, qarşıdan gələn bələdiyyə seçkilərinin əhəmiyyətindən söz açaraq bildirdi ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. Bu seçkidə də qələbəmiz realdır: "Ona görə ki, YAP Prezident İlham Əliyevin Sədrliyi ilə dövlətimizin inkişafına mühüm töhfələr verir. Məhz bu faktorlar xalqımızın partiyamıza dəstəyini şərtləndirir".
Daha sonra çıxış edən YAP Qadınlar Şurasının üzvü Məleykə Ağayeva bildirib ki, son 11 ildə Azərbaycan iqtisadi cəhətdən böyük inkişaf yolu keçərək hazırda dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada addımlayır: "Əlbəttə bu inkişafın memarı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev və Onun layiqli davamçısı Prezident İlham Əliyevdir. Biz inanırıq ki, bu bələdiyyə seçkilərində də seçicilər YAP-ın namizədlərinə səs verməklə, ölkəmizin inkişafına növbəti töhfəsini verəcəklər".
YAP Beyləqan rayon təşkilatının Qadınlar Şurasının sədri Gülbəniz Cəfərova çıxış edərək bələdiyyəyə namizədliyi irəli sürülən qadınlara uğurlar arzuladı və bildirdi ki, özünüidarəetmə orqanı olan bələdiyyələrin yaranması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır və bu vətəndaş cəmiyyətinin inkşafını sürətləndirmək üçün çox mühüm vasitədir.
Gülbəniz Cəfərova sonda partiyanın namizədlərinə onlara göstərilən bu etimadı doğrultmağı və seçicilərin inamını qazanmağı tövsiyə etdi.
Tədbirin sonunda rayon təşkilatının sədri Rəfail Pəsiyev dekabrın 23-də keciriləcək bələdiyyə seçkilərində YAP tərəfindən namizədlikləri irəli sürülmüş qadın namizədlərə uğurlar arzuladı və əmin olduğunu bildirdi ki, "Rifah və quruculuq naminə" şüarı altında YAP-ın bütün namizədləri bu seçkilərdə də qələbə qazanacaqdır.
Qax

Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatının qərargahında YAP tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş qadınlarla görüş keçirilib.
Tədbirdə YAP Qadınlar Şurasının üzvləri, partiyanın Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva və Suraxanı rayon təşkilatı Qadınlar Şurasının Sədri Zəkiyyə Musayeva iştirak ediblər. YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar aparılan təbliğat-təşviqat işləri barədə məlumat verib.
YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva qeyd edib ki, Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsası məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir.
YAP Suraxanı rayon təşkilatı Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva bələdiyyə seçkilərində qadınların təmsilçiliyinin əvvəlki seçkilərə nisbətən xeyli sayda artdığını bildirib.
YAP Qax rayon təşkilatı Qadınlar Şurasının sədri Sevil Əsgərova da Azərbaycan qadınının müasir cəmiyyətdəki uğurlarından, respublikanın ictimai-siyasi həyatında qadınların xüsusi çəkisinin olmasından danışıb. Tədbirdə Şəkər Abdullayeva, Lalə Qabulova, Günel Məmmədova, Günay Mahmudova da çıxış edərək insanları Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıblar.
Hacıqabul

Dekabrın 11-də Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının Seçki Qərargahının üzvləri rayonun Əllətli və Meyniman kəndlərində seçicilərlə növbəti görüşlərini keçiriblər.
Görüşdə çıxış edən YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov qarşıdan gələn bələdiyyə seçkilərinin siyasi-hüquqi, sosial və mədəni əhəmiyyətindən danışaraq bildirdi ki, bu seçkilərdə qadınlara və gənclərə xüsusi önəm verilib. O, seçicilərə müraciət edərək dedi ki, partiyamızın namizədlərini hər biriniz tanıyırsınız və onların işgüzarlıqlarına, bacarıqlarına yaxından bələdsiniz. Biz də partiya olaraq sizlərin fikirlərinə rəğmən namizədlərimizi müəyyənləşdirmişik. Ona görə də inanıram ki, bu seçkidə də heç tərəddüd etmədən bizim namizədlərimizi dəstəkləyəcəksiniz.
Seçki Qərargahının üzvü, YAP Hacıqabul rayon təşkilatının İdarə Heyətinin üzvü Məhəmməd Mirzəyev çıxışında qeyd etdi ki, Hacıqabul seçiciləri bu dəfə də ölkənin ən inanılmış siyasi qüvvəsi olan partiyanın- YAP-ın irəli sürdüyü namizədlərə səs verəcəklər: "Ona görə ki, onların düzgün seçimi gələcəkdə sosial-məişət problemlərinin həlli üçün önəmli bir şərt olacaqdır."
Görüşdə çıxış edən seçicilər birmənalı olaraq bildirdilər ki, onlar tanıdıqları və etimad göstərdikləri insanlara-YAP-ın namizədlərinə səs verəcəklər.
Füzuli

Dekabrın 11-də YAP Füzuli rayon təşkilatının inzibati binasında bələdiyyə seçkilərində namizədliyi irəli sürülmüş qadınlar və seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova , YAP Füzuli rayon təşkilatı Qadınlar Şurasının sədri Solmaz Rzayeva və YAP Qadınlar Şurasının üzvü, YAP Sabirabad rayon təşkilatının sədr müavini Məleykə Ağayeva iştirak edirdilər.
Görüşü partiyanın rayon təşkilatının sədri Almaz Həşimova acaraq bildirdi ki, rayondakı 84 saylı Dairə Seçki Komissiyası üzrə 21 bələdiyyə strukturuna 43 məntəqədə seçkilər keçiriləcək. YAP rayon təşkilatı tərəfindən 113 nəfərin namizədliyi irəli sürülübdür ki, onlardan 46 nəfəri qadınlardır.
Görüşdə çıxış edən YAP Füzuli rayon təşkilatı Qadınlar Şurasının sədri Solmaz Rzayeva seçiciləri YAP-ın namizədlərini dəstəkləməyə çağırdı və xüsusi vurğuladı ki, sosial-rifah naminə bu, hər bir seçicinin vətəndaşlıq borcudur.
YAP Qadınlar Şurasının üzvü, YAP Sabirabad rayon təşkilatının sədr müavini Məleykə Ağayeva görüşdəki çıxışında təbliğat və təşviqat işlərində partiya üzvlərinin siyasi mədəniyyətinin, insanlarla münasibətlərində intellektuallığının əsas olmasından söhbət açaraq hər bir namizədin əhali arasında hansı formada təbliğat aparacağını izah etdi.
Görüşdə YAP tərəfindən namizədlikləri irəli sürülən Pərvanə Nəsirova və Rövşanə Tahirzadə çıxış edərək partiyanın onlara göstərdiyi etimadı doğruldacaqlarına və seçkidə qələbə qazanacaqlarına söz verdilər.
Lerik

Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatında bələdiyyə üzvlüyünə YAP tərəfindən irəli sürülmüş namizədlərlə Blaband və Cəngəmiran kəndlərində baş tutan tədbiri YAP Lerik rayon təşkilatının sədri Elxan Qəmbərov açaraq görülən işlər barədə məlumat verib: "Bugünə kimi, təşkilat tərəfindən fəaliyyət proqramı hazırlanaraq seçki qərargahı yaradılıb və hər bir qərargah üzvünə seçki prosesində hansı işlərin görüləcəyi bildirilib. Artıq məntəqə seçki komissiyalarında fəaliyyət göstərəcək Yeni Azərbaycan Partiyasını təmsil edən məşvərətçi səs hüquqlu üzvlərin və müşahidəçilərin siyahısı hazırlanıb. 78 saylı Lerik Dairə Seçki Komissiyası üzrə rayonda fəaliyyət göstərən 29 bələdiyyəyə tərəfimizdən 368 nəfər YAP üzvünün namizədliyi irəli sürülərək qeydiyyatdan keçib. Bunların da 35.1 faizi qadınlar, 40.2 faizi isə gənclərdir. Namizədlər öz intellektinə və dünya görüşünə görə fərqlənirlər. Bu namizədlər arasında gənclər və qadınlar üstünlük təşkil edir. Bununla YAP Mərkəzi Aparatının tapşırıq və tövsiyələrinə uyğun olaraq kampaniyanın II mərhələsi başa çatıb. Hazırda isə namizədlərin təbliğat-təşviqat işləri planlı şəkildə davam etdirilir. Hesab edirik ki,Yeni Azərbaycan Partiyası hər seçkilərdə olduğu kimi bu seçkidə də xalqına arxalanaraq böyük qələbə qazanacaq".
Son olaraq tədbir iştirakçıları çıxış edərək yalnız Yeni Azərbaycan Partiyasına güvəndiklərini, bundan sonra da alternativi olmayan YAP-a səs verəcəklərini bildirdilər.
Zaqatala

Zaqatala rayonu Suvagil kəndində seçicilərlə görüşdə Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov, partiyadan olan namizədlər və seçicilər iştirak edib.
YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov çıxışında Zaqatala rayonunda təbliğat kampaniyasının yüksək əhval-ruhiyyə ilə davam etdirildiyini bildirib. Qeyd edib ki, YAP-ın xalq arasındakı nüfuzu, həmçinin namizədlərin ictimai fəallığı seçkilərdə qələbəni şərtləndirən əsas amillərdəndir.
H.Qurbanov bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyi, qazandığı iqtisadi, siyasi, diplomatik uğurlar, düşünülmüş daxili və xarici siyasətinin məntiqi nəticəsidir: "Təbii ki, bu uğurların əldə edilməsində Yeni Azərbaycan Partiyasının da böyük rolu var. YAP nəinki Azərbaycanın, regionun ən böyük siyasi təşkilatıdır. Xalq YAP-a etibar edir, partiya rəhbərliyinin həyata keçirdiyi siyasi kursu dətəkləyir. Ona görə də hesab edirəm ki, Zaqatala seçiciləri qarşıdan gələn bələdiyyə seçkilərində məhz YAP-ın namizədlərinə səs verəcəklər. Bu heç kimdə şübhə doğurmur."
Sonra kənd ağsaqqaları və ziyalıları Qeybulla Hüseynov, Abdurahman Soltanov və Xalid Məmmədov çıxış edərək bələdiyyələrin cəmiyyətdə yeri və rolu haqqında ümumi məlumat veriblər. Onlar seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB