Dekabrın 12-də müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi Naxçıvan Muxtar Respublikasında böyük ehtiramla yad edilib, Naxçıvan şəhərinin Heydər Əliyev prospektində Ulu Öndərimizin əzəmətlə ucalan abidəsi minlərlə insanın ziyarətgahına çevrilib. SİA-nın xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Ali Məclisin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, şirkət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin kollektivləri, hərbi hissələrin, ictimaiyyətin nümayəndələri, minlərlə insan Ulu Öndərin abidəsini ziyarət edib.
Həmin gün Naxçıvan şəhərində olduğu kimi, muxtar respublikanın bütün rayonlarında da Ümummilli Liderimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB