7-11 dekabr 2014-cü il tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) birgə nümayəndə heyəti Mərakeş Krallığında səfərdə olublar. XİN-dən SİA-ya verilən məlumata görə, səfər, Mərakeşin su çatışmamazlığından əziyyət çəkən bölgəsində yerləşən Figuig şəhərində fəaliyyət göstərən kəhrizlərin vəziyyətinin öyrənilməsi və mövcud problemlərin aradan qaldırılması yollarının müzakirəsi məqsədini daşıyıb.
Səfər çərçivəsində nümayəndə heyəti Figuig şəhərinin icra hakimiyyətinin başçısı, yerli icmaların rəhbərləri ilə görüşlər keçirmiş və gələcək əməkdaşlıq imkanlarına dair müzakirələr aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB