Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı müşahidəçilərin sayı açıqlanıb. Bu günə qədər Azərbaycanda bələdiyyə seçkilərini müşahidə etmək üçün 32 min 629 nəfər müraciət qeydə alınıb. SİA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
O bildirib ki, müraciət edənlərdən 32 min 427 nəfər konkret dairə çərçivəsində müşahidə aparmaq niyyətində olduğu üçün dairə seçki komissiyalarına müraciət edib: "Siyasi partiyalar tərəfindən 18 min 675 nəfər bələdiyyə seçkilərini müşahidə aparmaq üçün qeydiyyata alınıb. 6 QHT də seçkiləri müşahidə etmək niyyətindədir. 12 min 818 nəfər öz təşəbbüsü ilə müşahidə aparacaq. MSK-nın özündə 202 müşahidəçi akkreditasiyadan keçib. Onlardan 86 nəfər öz təşəbbüsü ilə MSK-da akkreditasiyadan keçib. MSK-dakı 109 müşahidəçi siyasi partiyaların təmsilçiləridir. MSK-da müşahidəçi kimi xüsusi icazə almış 1 nəfər var. MDB Parlamentlərarası Assambleyasının Parlamentarizmin İnkişafı və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun 6 müşahidəçisi də MSK-da akkreditasiyadan keçib.
Bülletenlərin çapının başa çatmaq üzrə olduğunu açıqlayan M. Pənahov bildirib ki, bülletenlərin seçki komissiyalarına paylanılmasına dekabrın 14-də başlanacaq və dekabrın 17-də bu proses başa çatacaq. Onun sözlərinə görə, prosesdə media nümayəndələri də iştirak edə bilərlər.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB