"Hesab edirəm ki, helikopterin vurulması onlara dərs olmadı və Ermənistan yenə də odla oynayır". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov cəbhədə Ermənistanın diversiya-kəşfiyyat qrupunun yenidən fəallaşmasına münasibət bildirərkən deyib.
Müstəqil hərbi ekspertin sözlərinə görə, Ermənistanın bu ilin 12 noyabr hadisəsindən yəni, onlara məxsus helikopterin Azərbaycan hərbiçiləri tərəfindən vurulmasından nəticə çıxarmaması sonda rəşadətli ordumuzun onlara qarşı daha ciddi addım atmasına səbəb olacaq. Yəni, cəbhədə təxribat törətmək, gərginlik yaratmaq işğalçı ölkəyə heç bir xeyir gətirməyib və gətirməyəcək də. Mən sadəcə olaraq onları başa düşə bilmirəm ki, niyə növbəti dəfə belə ağılsızlığa əl atırlar. Prinsip etibarilə bu, erməni ağılsızlığıdır".
Ü. Cəfərov hesab edir ki, cəbhədə noyabrın 12-də olan məlum hadisə onların yekəbaşlığı, savadsızlığı ucbatından yaşandı: "Onsuzda biz proqnozlaşdırmışdıq ki, Ermənistan böyük itkidən sonra Azərbaycan Silahlı Qüvvələrinə ziyan vurmağa və problem yaratmağa çalışacaq. Görünür cəbhədə Ermənistanın diversiya-kəşfiyyat qrupunun yenidən fəallaşması proqnozlaşdırdığımız hərəkətin tərkib hissələrindən biridir. Təbii ki, bu da heç bir nəticə verməyəcək. 12 noyabrdan bu yana ermənilər onsuz da Azərbaycan tərəfindən kifayət qədər zərbə alıblar. Bu mənada mən onlara məsləhət görməzdim ki, belə ağılsızlıqla məşğul olsunlar. Düşünürəm ki, ermənilər bu vəziyyətdən düzgün nəticə çıxarmalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB