Zərdab
YAP Zərdab rayon təşkilatının Seçki Qərargahının təbliğat qrupu bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə növbəti görüşünü keçirdib. Zərdab rayonunun Siləyli, Yuxarı Seyidlər, Bıçaqçı və Körpükənd kəndlərində keçirilən görüşdə Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının və rayon Seçki Qərargahının sədri Pərvin Mahmudova, YAP Zərdab rayon təbliğat-təşviqat qrupunun üzvləri Zabit Davudov, Vəfa Bayramova iştirak ediblər.
YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi sosial-iqtisadi siyasətin regionlarımızın inkişafını sürətləndirdiyini və hər bir vətəndaşın bunu öz həyatında hiss etdiyini qeyd edib. P. Mahmudova bildirib ki, ölkəmizin bütün sferalarının inkişafına öz tövfəsini verən Yeni Azərbaycan Partiyasının resurslarının güclənməsi də məhz keçirilən seçkilərdə öz təsdiqini tapır: "YAP hər zaman olduğu kimi, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də xalqın iradəsinə güvənir".
Daha sonra YAP Zərdab rayon təbliğat-təşviqat qrupunun üzvləri Zabit Davudov, Vəfa Bayramova çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyası xalqın ona olan ümidlərini hər zaman doğruldub və Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edir. Məhz bu prinsipləri əldə rəhbər tutan seçicilər, 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində öz səslərini yenidən sabitliyə, tərəqqiyə, inkişafa, sosial rifaha və bizləri bu inkişaf yoluna daşıyan Yeni Azərbaycan Partiyasına verəcəklər.
Görüş seçicilərin yüksək əhval-ruhiyyəsi ilə müşahidə olunub. Seçicilər növbəti dəfə düzgün seçim edərək YAP-nın namizədlərinə səs verəcəklərini əminliklə bildiriblər.
Şəmkir
Bu gün YAP Şəmkir rayon təşkilatı Bələdiyyə seçkiləri ilə əlaqədar Təbliğat-təşviqat kompaniyası çərçivəsində Şəmkir rayonu Zəyəm qəsəbəsində seçicilərlə görüş keçirdi.
Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və kənd seçiciləri iştirak etdilər.
Tədbirrdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək bələdiyyələrin Azərbaycanın inkişafında mühüm rola malik olduğunu bildirərək vurğuladı ki, YAP qələbələr partiyası kimi daim dövlətimizin inkişafına, xalqımızın rifah halının daha da yüksəlməsinə xidmət edir. Partiyamızın bələdiyyə seçkilərində irəli sürdüyü namizədlər də məhz bu amala, bu məqsədə xidmət etməlidir. Şəmkir rayonu Zəyəm qəsəbəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən qəsəbə bələdiyyəsinə 11 nəfərin namizədliyi irəli sürülüb. Yeni Azərbaycan Partiyası ölkədə get-gedə güclənməkdə olan tərəqqi və inkişafdan bəhrələnərək, daha da güclənir, sıralarını sağlam düşüncəli, aydın fikirli vətəndaşlarla artıraraq qüdrətlənir. Ən sevindirici hal isə ondan ibarətdir ki, eyni əqidəli insanlar məhz ölkəmizdə lider partiya olan Yeni Azərbaycan Partiyasının və təbii ki, bu partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşiblər. Zaman özü sübut etdi ki, Yeni Azərbaycan Partiyası xalqın ona olan ümidlərini doğruldub və Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edib.
Sonra çıxış edən YAP Şəmkir rayon təşkilatı tərəfindən Şəmkir rayonu Zəyəm qəsəbəsi üzrə Namizədliyi irəli sürülmüş Ceyhun Məmmədov Zəyəm qəsəbə əhalisinin həmişə seçkilərdə fəal iştirak etdiklərini xatırladaraq, onların yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərdə də fəal olacaqlarına inandığını və ən layiqli namizədlərə səs verəcəklərinə əmin olduğunu bildirib.
Sonda tədbirdə çıxış edən namizədlər Günay Məmmədova, Musayev Həmid, Nağdıyeva Lamiyyə xalqın etimadını doğruldacaqlarına və hər zaman quruculuq-abadlıq işlərində, əhalinin mədəni istirahətinin təşkil edilməsində səylə çalışacaqlarını bildiriblər.
Zaqatala
Zaqatala rayon təşkilatı 23 dekabr tarixində keçiriləçək bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyası cərcivəsində qadınlarla görüş kecirmişdir. Görüşdə YAP qadınlar Şurasının üzvü, Suraxanı rayon YAP Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva və Nizamı rayon YAP qadınlar Şurasının sədri Sevda Abdullayeva, rayon ziyalıları və bələdiyyə seckilərində namizədliyi YAP tərəfindən irəli sürülmüş namizədlər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə YAP Zaqatala rayot təşkilatının sədri Habil Qurbanov acaraq 23 dekabr 2014- cü il tarixdə keciriləcək bələdiyyə seckiləri, bələdiyyələrin tarixi haqda məlumat verdi.
Secki gərargahının Zaqatala rayon şöbəsi tərəfindən fəaliyyət proqramına uyğun olaraq tədbirlərin kecirildiyini qeyd etdi. Natiq bələdiyyə üzvlüyünə YAP namizədlərinin, vətənə, dövlətə sədaqətli gənclərdən və fəal qadınlardan da təşkil olunduğunu qeyd etdi.
Sonra cıxış edən YAP Zaqatala rayon qadınlar şurasının sədr müavini Namidə Süleymanova, YAP Zaqatala rayon seçki qərargahının üzvü Ədalət Novruzova , YAP Zaqatala rayon Qımır kənd ərazi ilk partiya təşk ilatı qadınlar şurasının sədri Gülbəniz Heydərova və başqaları cıxış edərəkYeni Azərbaycan Partiyasının respublikamızda ən güclü siyasi partiya olduğunu, əvvəlki seckilərdə olduğu kimi dekabrın 23 də keciriləcək növbəti bələdiyyə seckilərində də Yeni Azərbaycan Partiyası namizədlərinin qələbə qazanacağına əminliklərini bildirdilər.
Görüşdə YAP qadınlar Şurasının üzvü, Suraxanı rayon YAP Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva və Nizamı rayon YAP qadınlar Şurasının sədri Sevda Abdullayeva çıxış edərək cənab prezidentimiz İlham Əliyevin rəhnərliyi ilə Respublikada əldə olumuş nailiyyətlər, aparılmış tikinti abadliq quruculuq işləri, Azərbaycanın beynəlxalq arenada nüfüzu, bələdiyyələrin fəaliyyəti və rolu haqqında geniş məruzə ilə çıxış etdilər.
Gəncə
YAP Gəncə şəhər təşkilatının qadınlar şurası bələdiyyə seçkiləri ilə bağlı tədbir keçirib. Tədbirdə bələdiyyə üzvlüyünə qadın namizədlər, təbliğat qrupunun üzvləri, müşahidəçilər və partiya fəalları iştirak ediblər.
Görüşü giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatı qadınlar şurasının sədri, partiyanın səlahiyyətli nümayəndəsi Pərvin Kərimzadə tədbir iştirakçılarını salamlayıb və seçki kampaniyasında bələdiyyə üzvlüyünə qadın namizədlərə uğurlar arzulayıb. P.Kərimzadə qeyd edib ki, qadınların bələdiyyələrdə təmsil olunması günün tələbidir: "Bələdiyyələr daha çox əhalinin sosial məsələləri ilə məşğul olan qurumdur: "Bu baxımdan, qadınların yerli özünüidarəetmə orqanlarında iştirakı qadın ədalətinin, şəfqətinin, diqqətinin bu quruma gətirilməsi deməkdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyəti bu gün qadınlarımız üçün əsl nümunədir."
Azərbaycanda uğurlu dövlət qadın siyasətinin həyata keçirildiyini vurğulayan YAP Gəncə şəhər təşkilatının qadınlar şurasının sədri P.Kərimzadə eyni zamanda vurğulayıb ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Məhz bu siyasətin nəticəsidir ki, ölkəmizin nüfuzlu, ziyalı qadınları, eləcə də, cəmiyyətin digər təbəqələrini təmsil edən xanımlar YAP-ın sıralarında təmsil olunur. Hazırda YAP üzvlərinin 40 faizdən çoxunu qadınlar təşkil edir".
"Ötən bələdiyyə seçkilərindən sonra qadınların fəallığı 10 dəfədən çox artıb"-deyə xatırladan P.Kərimzadə vurğulayıb ki, bu artım qadınlarımızın fəallığı, dünyagörüşü, həyata baxışı deməkdir: "Yeni Azərbaycan Partiyasını bələdiyyə seçkilərində təhsilli, təşkilatçılıq bacarığına malik, əhali arasında özünəməxsus nüfuzu və hörməti olan qadınlarımız, gənclərimiz təmsil edirlər. 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində qadınların cəmi 4 faiz olmuşdu. Hazırda bu göstəricinin 30 faizə qədər yüksəlib və bu qadınların böyük əksəriyyəti YAP-ı təmsil edirlər." YAP Gəncə şəhər təşkilatının sədri dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində bütün qadınları fəal olmağa çağırıb.
Tədbirin sonunda qadın namizədlərə və tədbir iştirtakçılarına bukletlər paylanılıb.
Nəsimi rayonu
Bələdiyyə seçkilərinə namizədliyi irəli sürülmüş şəxslərin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Seçki Qərargahında qadın namizədlərlə rayonun fəal qadınlarının görüşü keçirildi. İlk olaraq tədbir iştirakçıları bir dəqiqəlik sükutla Ulu Öndər Heydər Əliyevin xatirəsini yad etdilər.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının Seçki Qərargahının sədri, millət vəkili Məlahət İbrahimqızı Azərbaycanda həyata keçirilən dövlət qadın siyasətinə nəzər saldı. Ulu Öndərin Azərbaycan qadınlarının ictimai fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyini qeyd edən M.İbrahimqızı Azərbaycan qadınlarının fəallığının artması, bilik və bacarığı gerçəkləşdirmək üçün ölkəmizdə geniş imkanlar yaradıldığını bildirdi: "Ulu Öndər Heydər Əliyevin imzası ilə qəbul edilən qərarların, fərmanların, sərəncamların müəyyən hissəsi qadınlarımızın hüquqlarının qorunmasına xidmət edir. Müasir dövrümüzdə dövlət idarəetməsində qadınlar çox müvəffəqiyyətlə işləyirlər. Bu gün parlamentdə təmsil olunan qadınların faizi ötən illərlə müqayisədə artıb".
Məlahət İbrahimqızı qadınların problemlərini dövlət səviyyəsində həll etmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığını bildirdi. Bu gün dövlət qadın siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən M.İbrahimqızı ölkə başçısının Sərəncamı ilə rayon icra hakimiyyəti başçılarının müavinlərinin qadınların təyin olunması elə qadına olan inam, etibar, eləcə də Ulu Öndərin dövlət qadın siyasətinin uğurlu davamı olaraq qiymətləndirilir.
Millət vəkili Məlahət İbrahimqızı 23 dekabr tarixində bələdiyyə seçkilərində qadına xüsusi önəm verildiyini bildirərək, qadınların ictimai fəallığının ildən-ilə artdığını vurğuladı. O, YAP Nəsimi rayon təşkilatı tərəfindən 19 nəfərin bələdiyyə üzvlüyünə namizədliyinin irəli sürüldüyünü qeyd etdi. "YAP alternativsiz partiyadır"- deyən M.İbrahimqızı rayon təşkilatı tərəfindən bu il bələdiyyələrə namiizədliyi irəli sürülənlər sırasında qadınların 30 % təşkil etdiyini söylədi. Əvvəlki bələdiyyə seçkilərində isə bunun 26-27% təşkil etdiyini diqqətə çəkdi və bələdiyyə seçkilərində namizədliyi irəli sürülən qadınlara uğurlar arzuladı.
Görüşdə çıxış edən Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva bəldiyyələrə namizədliyi irəli sürülən qadınlara uğurlar arzuladı və bildirdi ki, Yeni Azərbaycan Partiyasının, eləcə də bələdiyyələrin yaranması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə bir partiyanın üzvü olduqlarına, onlara göstərilən bu etimada görə məsuliyyətli olmağı tövsiyə etdi.
Sonra Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə seçkilərinə namizədlikləri irəli sürülən qadınlar özləri haqda qısa şəkildə məlumat verərək, bu seçkilərdə iştiraklarından qürur duyduqlarını, seçkilərin ədalətli, demokratik şəkildə rəqabət mühitində keçəcəyinə inandıqlarını bildirdilər.
Sonra namizədlər tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.
Binəqədi rayonu
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Seçki Qərargahında dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş qadınlarla rayonun fəal qadın seçicilərinin görüşü keçirildi.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatı Seçki Qərargahının sədri Ramiz Göyüşov bildirdi ki, bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası uğurla davam etməkdədir. O, Azərbaycanda bələdiyyələrin tarixinə nəzər salıb, bu qurumun qısa zamanda təşəkkül tapmasına baxmayaraq, artıq formalaşma dövrünü keçdiyini qeyd edib. R.Göyüşov Binəqədi rayonunda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərə YAP-ın "Rifah və quruculuq naminə" şüarı ilə qatıldığını, seçki prosesinin müxtəlif mərhələlərində çevik fəaliyyət göstərdiyini bildirdi. O,rayonda beş bələdiyyənin, o cümlədən Rəsulzadə, Binəqədi qəsəbə, Binəqədi, Xocasən və Biləcəri bələdiyyələrinin fəaliyyət göstərdiyini nəzərə çatdıraraq, bu bələdiyyələrin ərazilərinə daxil olan qəsəbələr haqqında geniş məlumat verdi. O, bu il rayonda 79 üzv yerinə seçkilərin keçiriləcəyini və bələdiyyə üzvlüyünə olan yerlərin hamısına Yeni Azərbaycan Partiyası tərəfindən namizədlərin irəli sürüldüyünü bildirdi: "Bələdiyyə üzvlüyünə YAP namizədləri gənc, perspektivli, vətənə, dövlətə sədaqətli gənclərdən təşkil olunub. Onların hamısı ali təhsilə malikdirlər. Gender bərabərliyi qorunaraq seçkidə iştirak edəcək namizədlərin 35 %-ini gənc xanımlar təmsil edir".
Tədbirdə çıxış edən millət vəkili Məlahət İbrahimqızı Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə üzvlüyünə gənc qadın namizədlərin irəli sürülməsini fərəhləndirici hal kimi qiymətləndirdi: "Bu gün Aəzərbaycan inkişaf dövrünü yaşayır. Əldə olunan nailiyyətlərdə Azərbaycan qadınlarının rolu danılmazdır. Azərbaycan qadını milli məfkurəyə sadiq qalaraq, bu gün müstəqil Azərbaycanın güclənməsi naminə töhfələr verir. Seçib-seçilmək hüququ qazanan Azərbaycan qadını xalqın maariflənməsi, müasir iqtisadiyyatımızın qurulmasında peşəkarlıq və fədakarlıq nümayiş etdirir. Bunun üçün ölkəmizdə əlverişli şərait var. Qadınlarımız bir çox sahələrdə, vətəndaş cəmiyyəti quruculuğunda intellektual potensialını əsirgəmir".
Milli Məclisin deputatı Leyla Abdullayeva gənc qadınlarımızın Yeni Azərbaycan Partiyasının namizədələri sırasında olmasını Prezident İlham Əliyevin apardığı gender siyasətinin məntiqi nəticəsi olduğunu bildirdi. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dünyada gördüyü işlərin qadınlar üçün stimul olduğunu bildirən millət vəkili milli-mənvi dəyərlərin qorunmasında onun gördüyü işlərə nəzər saldı.
YAP Binəqədi rayon təşkilatı tərəfindən namizədliyi irəli sürülən Aytac Əliyeva, Sitarə Cabbarlı özləri haqqında geniş məlumat verdikdən sonra partiyanın namizədi kimi bu seçkilərdə təmsil olunduqlarından qürur duyduqlarını bildirdilər. Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində seçiciləri fəal iştirak etməyə və rifah və quruculuğu yaşamaq üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırdılar.
Tədbirin sonunda namizədlər seçicilərin ünvanlandığı sualları cavablandırdılar.
Xaçmaz
Yeni Azərbaycan Partiyasının (YAP) dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası davam edir. YAP Xaçmaz rayon təşkilatı da bu prosesdə olduqca aktivdir. Təşkilatın təbliğat qrupunun üzvlərinin YAP-ın "Rifah və quruculuq naminə" şüarı ilə keçirdiyi təbliğat kampaniyası çərçivəsində növbəti görüşü Bostançı və "Yeni Həyat" kəndlərində keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının Seçki Qərargahının üzvü Fazil Rəhmətov son 23 ildə ölkədə baş verən inkişafdan, aparılan uğurlu islahatlardan, xalqın rifahı üçün həyata keçirilən layihələrdən möhtərəm Prezidentimizin apardığı uğurlu daxili və xarici siyasətdən, yerli özünüidarəetmə orqanları olan bələdiyyə seçkilərinin əhəmiyyətindən danışıb. F.Rəhmətov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz sürətlə inkişaf edir: "Bu amil isə heç şübhəsiz, qarşıdan gələn bələdiyyə seçkilərində də YAP-ın uğur qazanmasına müsbət təsir göstərəcək".
Görüşdə çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədr müavini Abasyar Heydərov, seçicilərdən Kamil Mirzəyev, Məhəmməd Əhmədov, Yusif Yusifov, Mehrəli Quliyev, Mövlud Şahbazov, Qərib Rzayev və başqaları Yeni Azərbaycan Partiyasına böyük inamları olduğunu bildiriblər. Çıxışlarda bir daha vurğulanıb ki, müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu və yaradıcısı Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasəti daima dəstəkləyir və bu seçkilərdə də YAP-ın irəli sürdüyü namizədlərə səs verəcəklər.
Sabunçu rayonu
Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatında bələdiyyə üzvlüyünə YAP tərəfindən irəli sürülmüş qadın namizədlərlə görüş keçirilib.
Görüşdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva rayon təşkilatı tərəfindən görülən işlər barədə məlumat verib, qarşıdan gələn bələdiyyə seçkilərinin əhəmiyyətindən danışıb. M.Abasquliyeva bildirib ki, regionun ən güclü siyasi partiyası olan YAP yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb: "YAP Prezident İlham Əliyevin Sədrliyi ilə dövlətimizin inkişafına mühüm töhfələr verir. Məhz bu faktorlar xalqımızın partiyamıza dəstəyini şərtləndirir. Ona görə də hər bir seçkidə partiyamızın qələbəsi reallaşır".
Daha sonra YAP Nərimanov rayon təşkilatı qadınlar şurasının sədri Məhəbbət İbrahimova çıxış edərək bələdiyyə seçkilərində qadınlara və gənclərə göstərilən etimadın yüksək olduğunu bildirib: "Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyələrə namizədliyi irəli sürülmüş qadınlar və gənclər aktiv ictimai fəaliyyətinə görə fərqlənir və onlar sakinlər arasında yüksək nüfuza malik insanlardır. Məhz seçkilərdə qadın namizədlərin sayının çoxluğu partiyanın qadınlara olan etimadıdır".
Görüşdə bələdiyyə üzvlüyünə namizədlər də çıxış edərək böyük dəstəyə görə seçkilərdə qələbə qazanacaqlarına əminliklərini ifadə ediblər. Həmçinin çıxış edən seçicilər birmənalı olaraq bildiriblər ki, onlar YAP-ın namizədlərinə səs verməklə rayonun inkişafına səs vermiş olacaqlar.
Qazax
YAP Qazax rayon təşkilatıda Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyəyə namizədliyi irəli sürülmüş qadınlarla görüş keçirilib.
Tədbiri giriş sözü ilə YAP Qazax rayon təşkilatı qadınlar şurasının sədri Asya Alhüseynova açaraq bələdiyyə seçkilərinə hazırlıqla bağlı məlumat verib: "Qazax rayonu üzrə 17 bələdiyyəyə seçiləcək 165 nəfər bələdiyyə üzvü yerinə YAP Qazax rayonu tərəfindən 165 nəfər namizəd irəli sürülmüşdür ki, onlardan da 61 nəfəri yəni, 37%-i qadınlardır. Təşkil edilmiş 21 nəfər təbliğat-təşviqat qrupunun üzvlərindən 6 nəfəri qadınlardır. Onlar rayonun ayrı-ayrı yaşayış məntəqələrində geniş təbliğat işlərinin aparılmasında fəal iştirak edirlər. Qadınlarımız ümumiyyətlə rayonun iqtisadi, sosial-ictimai həyatında həmişə fəal rol oynamışlar. Bu gün də irəli sürülmüş qadın namizədlərimizin qarşıdan gələn bələdiyyə seçkilərində parlaq qələbə qazanacaqlarına inanırıq".
Görüşdə rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvləri Emma Aslanova, Vüsalə Veysəlova, Nərgiz Rəsulova, Kifayət Fəttahi, Qazax Müəllimlər İnstitutunun direktoru Afaq Qasımova çıxış edərək Azərbaycanın bugünkü uğurlarından, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin quruculuğundakı fəaliyyətindən, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasətin uğurlarından ətraflı bəhs edərək, qarşıdan gələn bələdiyyə seçkilərində qadınları fəal olmağı çağırıblar.
Sonda YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov çıxış edərək qaşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar rayon təşkilatının Seçki Qərargahının gördüyü işlərdən, qadınların rayonun ictimai-siyasi həyatındakı rolundan ətraflı danışaraq, 23 dekabr tarixində keçiriləcək bələdiyyə seçkilərində namizədliyi irəli sürülmüş qadınların qələbə çalacaqlarına əminliyini bildirib.
Hacıqabul
Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatı rayondakı Heydər Əliyev Mərkəzində partiya tərəfindən namizədlikləri irəli sürülmüş qadınlarla geniş tərkibdə görüş keçirdi. Görüşdə YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Qadınlar Şurasının üzvü Məleykə Ağayeva iştirak edirdilər.
Görüşü giriş nitqi ilə açan YAP Hacıqabul rayon sədri Hafis Bəşirov bildirdi ki, bütün siyasi kampaniyaları qələbə ilə başa vuran Yeni Azərbaycan Partiyası dekabrın 23-ə təyin olunan bələdiyyə seçkilərinin təbliğat- təşviqat kampaniyasını mütəşəkkilliklə davam etdirir. Rayonumuzda da bu kampaniya səmərəli və mütəşəkkil qaydada aparılır. İnanıram ki, rayon sakinləri arasnda nüfuzu olan namizəd qadınlarımız bu seçkidə də qalib olacaqlar.
Görüşdə çıxış edən YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, Azərbaycanda özünün inkişaf yolunu keçən bələdiyyələr daim vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, sakinlərin etibarını qazanmağa və cəmiyyətimizdə özünəməxsus yer tutmağa səy göstərir. Ötən dövrdə bir çox bələdiyyələr müsbət təcrübə qazanmış, onların cəmiyyətdə rolu artmışdır.
V. Rəhimzadə xüsusi vurğuladı ki, seçkilərdə qadın namizədlərin sayının artması partiyamızın qadınlara olan etimadının bariz nümunəsidir. Həmçinin partiya tərəfindən bələdiyyələrə namizədliyi irəli sürülmüş qadınlar öz intellektinə, geniş ictimai fəaliyyətinə görə fərqlənirlər və onlar sakinlər arasında yüksək nüfuza malikdirlər. Bu isə məhz qələbəni şərtləndirən mühüm amildir.
YAP Qadınlar Şurasının üzvü Məleykə Ağayeva bildirdi ki, regionun aparıcı siyasi təşkilatı olan və milyonların partiyasına çevrilən YAP seçkidən seçkiyə yeni seçki texnologiyası ilə gedərək qələbələrini şərtləndirir. Bu seçkidə də YAP-ın namizədlərinin qələbəsi üçün bütün ictimai-siyasi və sosial-iqtisadi amillər mövcuddur.
O da vurğulandı ki, növbəti bələdiyyə seçkilərində də partiyamız tərəfindən irəli sürülən namizədlər seçicilərin etimadını qazanacaq və növbəti beş ildə də bələdiyyələrin işində yaxından iştirak edəcəklər. Partiyanın Nizamnaməsinə uyğun hazırlıq kampaniyasının mütəşəkkilliyi, insanlar arasında təbliğat işinin yüksək səviyyədə təşkili üçün əhali ilə keçirilən görüşlərə xüsisi diqqətlə yanaşılır, vətəndaşların rəy və təkliflərinin həlli naminə qüvvələr səfərbərliyə alınır. Buna görə də bələdiyyə üzvlüyünə namizədlərimizin, o cümlədən qadın namizədlərimizin qələbəsi labüddür.
Bütün xəbərlər Facebook səhifəmizdə