Nərimanov rayonunda “Peyntbol” üzrə turnirin açılış mərasimi olub TƏDBİR-FOTOLAR

Nərimanov rayonunda “Peyntbol” üzrə turnirin açılış mərasimi olub TƏDBİR-FOTOLAR

Bu gün Nərimanov Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən "Peyntbol" üzrə rayon turnirinin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, rayon ərazisində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatları arasında keçirilən turnirin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi, onların vətənpərvərlik ruhda böyüməsinə şərait yaradılmasıdır. 12 komandadan ibarət təşkil edilən turnirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov iştirakçıları salamlayaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən bəhs edərək tədbiri açıq elan edib.

Mərasimdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavinləri İradə Mahmudova və İlqar Mirzəyev, Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli çıxış edərək Azərbaycan dövlətinin tarixi və taleyinin Ulu Öndərin adı ilə sıx bağlı olduğunu qeyd ediblər. Məhz Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində inkişaf, dirçəliş olub və bu gün bu siyasət Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

"Peyntbol" fəaliyyəti ilə məşğul olan fiziki şəxs Vasiliy Steşin çıxış edərək gənclərə yarış haqqında geniş məlumat verib və bütün iştirakçılara uğurlar arzulayıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə