Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında Ümumilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilib. DSX-nin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, tədbir iştirakçıları öncə Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində Ulu Öndərin fəaliyyətini əks etdirən çoxsaylı eksponatlarla tanış olublar.
Tədbirdə DSX rəisinin müavini general-mayor Azad Ələkbərov, millət vəkili Aydın Mirzəzadə çıxış edərək vurğulayıblar ki, Azərbaycan xalqı 12 dekabrı Ümumilli Lider Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilib. Ulu Öndərin rəhbərlik etdiyi illər Azərbaycan tarixinə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub. Göstərdiyi yüksək diqqət və qayğı ilə, imzaladığı fərman və sərəncamlarla milli sərhəd siyasətini formalaşdırıb, Azərbaycanın sərhədlərinin mühafizəsi strategiyasını zərgər dəqiqliyi ilə müəyyənləşdirib. Bu gün Prezident İlham Əliyevin göstərdiyi böyük qayğı və diqqət sayəsində Dövlət Sərhəd Xidməti istənilən şəraitdə Azərbaycanın sərhədlərinin toxunulmazlığını təmin edə bilən çevik, mobil bir quruma çevrilib.
Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
.jpg)

.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB