Azad İsgəndərli: “Sərdar Cəlaloğlu özünü axırıncı yola qoyub" AÇIQLAMA

Azad İsgəndərli: “Sərdar Cəlaloğlu özünü axırıncı yola qoyub" AÇIQLAMA

"Sərdar Cəlaoğlu tarixi şəxsiyətləri gözdən salmağa çalışırdı. Bu, ləyaqətsizlikdir. Bunu edən adamdan hər şeyi gözləmək olar. 50 manat puldan ötrü məhkəmə icraçılarını ofisimə göndərən məgər Sərdar deyil? 30 manat veririk, deyir qalanını da verin". Bu fikirləri SİA-ya Türk Dünyası Problemləri İnstitutunun rəhbəri Azad İsgəndərov Sərdar Cəlaloğlu ilə aralarında baş verən məhkəmə çəkişməsinə münasibət bildirərkən deyib.

Sərdar Cəlaloğlunun səviyyəsizliyini qeyd edən A. İsgəndərov tarixi şəxsiyətlərimizin mənəvi dəyərlərimiz olduğunu vurğulayıb: "Qəhrəmanlarımızı aşağılayıb deyə cavabını vermişəm. Bunun üçün məni məhkəməyə verib, o zaman da mən burada deyildim. Vətənə döndüyüm zaman məhkəmənin qərarı ilə tanış oldum ki, on min manat cərimə edilmişəm. Şirvan Apeliasiya məhkəməsinə müraciət etdim və bu məbləğ min manata endirildi. Bir insanın pula görə bu qədər alçalmasına inana bilməzdim. Sərdar Cəlaloğlu hesab nömrəsi verib ki, pul ora köçürülsün. Əlimdə bütün faktlar, sənədlər var. Mənim şər-böhtanla işim yoxdur. Xalqım, vətənim uğrunda sağlamlığımı itirmişəm məni necə tanımaya bilər? Müxtəlif vasitələrlə gündəmdə qalmaq istəyən Sərdar Cəlaloğludur, mən yox".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə