Tural Mustafayev: “Xədicə İsmayıl 8 aydır məni təqib edir və məni özünəqəsdə vadar edib” AÇIQLAMA
"Mənim haqqımda Xədicə İsmayılın və onun ətrafında olanların ittihamlarına əhəmiyyət vermirəm. Çünki hər hansı bir məsələyə haqlı münasibət bildirən kimi, təzyiqlər başlanacaq. Bu, radikal müxalifətin adətidir. İndi də qabardırlar ki, vaxt var idi Tural bizim aramızda idi, indi isə üzü dönüb və Xədicə haqqında danışır". Bunu Xədicə İsmayıl tərəfindən özünəqəsdə vadar edilən Tural Musatafayev SİA-ya açıqlamasında deyib.
T. Mustafayevin sözlərinə görə, Xədicə ilə aralarında yaranan problemi uğursuz şəkildə siyasiləşdirməyə cəhd edirlər: "Bu məsələni daha çox AXCP və Müsavat qabartmağa və öz məqsədləri üçün istifadə etməyə çalışırlar: "Sadəcə Xədicə İsmayıl araşdırmaçı jurnalist olduğuna görə, bunu siyasiləşdirmək istəyirlər. Mən faktları məhkəməyə təqdim edəcəm. Şahidlər də öz ifadələrini verəcəklər. Məhkəmə prosesinin açıq keçirilməsi istəyi ilə bağı müraciət edəcəm. Xədicə İsmayıl 8 aydır məni təqib edir və məni özünəqəsdə vadar edib".
T. Mustafayev bəzi qəzet və saytları hədələməyi unutmadı: "Xədicə İsmayılla bağlı proses başa çatdıqdan sonra reytinqlərini artırmaq üçün məni özlərinə piar seçən və haqqımda əsassız ittihamlar irəli sürən qəzet və saytları məhkəməyə verməyi düşünürəm".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB