Bu gün bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Qusar rayon təşkilatı tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş partiya fəalları ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Milli Məclisin deputatı Azər Badamov, "Səs"Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev iştirak ediblər.
Tədbiri giriş sözü ilə YAP Qusar rayon təşkilatının sədri, partiyanın Siyasi Şura üzvü David İbramxəlilov açaraq rayonda təbliğat-təşviqat kampaniyasının uğurla davam etdiyini bildirib. Əlavə edib ki, 23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərində Qusar rayonda 29 bələdiyyəyə üzvlər seçiləcək. YAP tərəfindən bələdiyyə üzvlüyünə 263 nəfərin namizədliyi irəli sürülüb. Namizədlərin hamısı ali təhsillidir. Partiyanın namizədlərinin 32 faizini qadınlar (84 nəfər), 37 faizini isə (98 nəfər) gənclər təşkil edir. Rayon partiya təşkilatın Seçki Qərargahın üzvləri tərtib olunmuş grafik üzrə rayonun ayrı-ayrı yaşayış məntəqələrində seçicilər ilə görüşlər keçirdərək partiya tərəfindən irəli sürülmüş namizədləri təbliğ edir.
Çıxışın sonunda D.İbramxəlilov bütün seçkilərində olduğu kimi qarşıdakı bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyasının inamla qələbə qazanacağını bildirib.
Görüşdə Milli Məclisin üzvü Azər Badamov çıxış edərək bələdiyyələrin Azərbaycanın inkişafında mühum roluna malik olduğunu bildirərək vurğulayıb ki, YAP qələbələr partiyası kimi daim dövlətin inkişafına, xalqımızın rifah halının yüksəlməsinə xidmət edir.
Çıxışın sonunda Azər Badamov partiya tərəfindən irəli sürülmüş namizədlərə seçkilərində uğurlar arzulayıb.
"Səs"Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev görüşdə çıxış edərək qeyd edib ki, bələdiyyə seçkilərinin uğurla başa çatması üçün seçicilərin fəallığın yüksək olması əsas şərtdir. Bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ölkəmizin yüksək inkişafına hesablamış uğurlu sosial-iqtisadi siyasət bu gün Prezident İlham Əliyev cənabları tərəfindən yüksək səviyyədə həyata keçirilir.
Daha sonra Bəhruz Quliyev bələdiyyə üzvlüyünə namizədlər arasında qadınların və gənclərin sayının əvvəlki seçkilərə nisbətən çoxluq təşkil etdiyini müsbət hal kimi qiymətləndirərək bələdiyyə seçkiləri, ümumilikdə bələdiyyələrin fəaliyyətinin Azərbaycanın demokratik inkişafı baxımından olduqca əhəmiyyətli olduğunu bildirib.
Çıxışın sonunda Bəhruz Quliyev YAP-ın bələdiyyə seçkilərində iştirak edəcək namizədlərinə uğurlar arzulayıb.
Görüşün sonunda Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri namizədləri maraqlandıran sualları cavablandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB