Mərkəz sədri: “Bu, anlaşılmaz bəyanatdır”

Mərkəz sədri: “Bu, anlaşılmaz bəyanatdır”

"Son zamanlar erməni deputatların girov götürülən azərbaycanlılarla bağlı dedikləri fikirlər humanitar hüquq və insanlıq baxımından anlaşılmaz bir bəyanatdır". Bunu SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı deyib.

H.Cabbarlı xatırladıb ki, istər hərbi, istərsə də mülki əsirlərə qarşı Ermənistanın münasibəti hər zaman mənfi olub: "Xocalı Soyqırımını xatırlamaq erməni vəhşiliyinin başa düşmək baxımından yetərlidir. Xocalı Soyqırımında əsasən mülki əhali əsir düşmüşdü və onlara qarşı törədilən işgəncələr şahidlərin ifadəsi ilə tarixə keçib".

H.Cabbarlı bildirib ki, erməni deputatların azərbaycanlı girovların öldürülməsini tələb etməsi Ermənistanın hansı siyasəti həyata keçirdiyinin göstəricisidir: "Ermənistan tərəfindən belə bəyanatların səslənməsi nə beynəlxalq hüquqa, nə də insanlığa uyğun gəlmir. Azərbaycan bu məsələ ilə əlaqədar etirazlarını həm Ermənistan tərəfinə, həm bu işlə məşğul olan Beynəlxalq Qırmızı Xaç Komitəsinə, həm də digər beynəlxalq təşkilatlara bildirməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə