"Mən bu mitinqlərin keçirilməsini mənasız hesab edirəm". Bunu SİA-ya Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov Müsavat Partiyasının dekabrın 14-nə planlaşdırdığı mitinqə AXCP və "Milli Şura"nın qatılmayacağına münasibət bildirərkən deyib.
AMİP funksionerinin sözlərinə görə, ümumiyyətlə, "Milli Şura"nın keçirdiyi mitinqdə Müsavat Partiyası da iştrak etməmişdi: "Sadəcə olaraq İsa Qəmbər və Müsavat Partiyasının yeni rəhbəri Arif Hacılı partiyada olduqlarını göstərmək üçün "Milli Şura"nın mitinqinə tamaşa ediblər. Bu mənada hesab edirəm ki, eyni vəziyyəti Müsavat rəhbərliyi sərgiləyir. Bəs gəlin görək, bu mitinqin mənası nədir? Onlar sadəcə olaraq kütləviliyi təmin etməyə çalışırlar. Amma bu da effektli olmayacaq. Hətta bu mitinqlərdən sonra da heç bir dəyişiklik baş vermir və insanlar artıq buna maraq da göstərmir. Beləcə, mən bu mitinqlərin keçirilməsini mənasız hesab edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB