YAP Səbail rayon təşkilatı təbliğat-təşviqat çərçivəsində növbəti görüşünü keçirib
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat kampaniyası uğurla davam edir. SİA-nın verdiyi məlumata görə, bu gün Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında bələdiyyə seçkilərində partiyanın namizədlərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində partiyanın irəli sürdüyü namizədlərlə Bibiheybət seçicilərinin görüşünü keçirib.
Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədrinin müavini, rayon təşkilatı Seçki Qərargahının sədri Muxtar Nağıyev qarşıdan gələn bələdiyyə seçkilərinin əhəmiyyətindən danışıb. O, partiyanın bələdiyyə seçkiləri ilə əlaqədar həyata keçirdiyi işlərdən söhbət açıb. Həmçinin bildirilib ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. YAP Prezident İlham Əliyevin Sədrliyi ilə dövlətimizin inkişafına mühüm töhfələr verir. O, vurğulayıb ki, məhz bu faktorlar xalqımızın partiyamıza dəstəyini şərtləndirir: "Dekabrın 1-dən bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasına start verilən gündən rayon təşkilatı tərəfindən təbliğat plakatları qanunvericiliyə uyğun olaraq müəyyən olunmuş yerlərdə vurulub. Xüsusi olaraq bildirim ki, işlərimizi YAP İcra Katibliyi tərəfindən irəli sürülmüş tövsiyə və tapşırıqlarına əsasən qururuq. Məqsədimiz isə əvvəlki seçkilərdən fərqli olaraq qarşıdakı növbəti bələdiyyə seçkilərindəki nəticələrimiz daha yüksək və uğurlu olsun".
Partiyanın böyük seçki təcrübəsinin olduğunu xatırladan M.Nağıyev qeyd edib ki, Səbail bələdiyyəsinə 17, Badamdar bələdiyyəsinə 15, Bibiheybət bələdiyyəsinə isə 9 nəfər üzv seçilməlidir. Ümumilikdə, Səbail rayonunda 41 nəfər bələdiyyə üzvü seçilməlidir: "İnanıram ki, dekabrın 23-də keçiriləcək seçkilərdə də partiyamızın namizədlərinə səs verməklə bibiheybətlilər inkişaf siyasətinə səs verəcəklər".
Tədbirdə YAP Səbail rayon təşkilatının qadınlar şurasının sədri Təranə Kərimova, YAP Səbail rayon təşkilatı idarə heyətinin üzvü Himalay Qasımov, YAP Səbail rayon təşkilatının sədrinin müavini Əhliman Qarayev, YAP tərəfindən bələdiyyə üzvlüyünə namizəd Sədaqət Həsənova və başqaları çıxış edərək bildiridilər ki, ölkəmizin əldə etdiyi nailiyyətlərdə heç şübhəsiz ki, bələdiyyələrin də rolu var. Çıxışlarda ümumi fikir dövlətimizin daha da inkişafı naminə seçicilər elliliklə YAP-ın namizədlərinə səs verməlidirlər.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB