Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatı hər bir bələdiyyə üzvü yeri uğrunda mübarizə aparacaq. Bu barədə YAP rayon təşkilatı aparatının rəhbəri Natiq Allahverdiyev məlumat verib.
Qurumun təmsilçisi bildirib ki, təşkilat tərəfindən 112 saylı Qax seçki dairəsi üzrə 18 bələdiyyəyə 166 nəfər partiya üzvünün namizədliyi irəli sürülüb və onların hamısı qeydə alınıb. Namizədlərdən 54-ü qadın, 65-i isə gəncdir.
Bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar rayon təşkilatında qərargah yaradılıb, fəaliyyət proqramı tərtib edilib. Hazırda bələdiyyə üzvlüyünə namizədlərin təbliği ilə əlaqədar yerlərdə təbliğat və təşviqat işi davam etdirilir.
Təşkilatın təmsilçisi bildirib ki, heç şübhəsiz ki, seçicilər əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də YAP tərəfindən irəli sürülən namizədləri dəstəkləyəcəklər. Çünki ölkə vətəndaşları əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasına ürəkdən inanır və etimad göstərirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB