Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının Seçki Qərargahının təbliğat qrupunun üzvləri seçicilərlə növbəti görüşü rayonun Dəli Quşçu və Dəkkəoba kəndlərində keçirib.
Görüşdə YAP Zərdab rayon təşkilatının sədr müavini, YAP Zərdab rayon Seçki Qərargahının təbliğat-təşviqat qrupunun üzvü Vüsalə Kərimova, YAP Zərdab rayon qərargahının və təbliğat-təşviqat qrupunun üzvləri Gülağa İsgəndərov, Sara Soltanova, Ziyad Xancanov çıxış edərək bildiriblər ki, dövlətimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir: "YAP isə ölkədə özünəməxsus rol oynayaraq, xalqa sədaqətlə xidmət edir. İnanırıq ki, partiyamızın namizədləri də dövlətimizin tərəqqisi, xalqımızın rifahı naminə öz üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklər".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB