Mustafa Hacıbəyli Arif Hacılının Qubad İbadoğlu ilə anlaşdığını ETİRAF ETDİ
Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli partiya başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun Arif Hacılı ilə anlaşmasını dolayısı ilə etiraf edib. SİA-ya açıqlama verən Mustafa Hacıbəyli Qubad İbadoğlunun Azərbaycan Demokratiya və Rifah Hərəkatını (ADR) təsis etməsinə isti münasibət bildirib: "Qubad İbadoğluya uğurlar arzu edirəm. Partiya üzvlərinin hər hansı bir hərəkatda təmsil olunmasını ziddiyyətli hal kimi qiymətləndirmirəm".
Qeyd edək ki, Müsavat başqanı Arif Hacılının Qubad İbadoğlu ilə ikilikdə görüş keçirməsinə qədər tərəflər arasında kəskin ittihamlar səsləndirilirdi. Başqanlığa keçirilən seçkilərin saxta olduğunu iddia edən Qubad İbadoğlu partiyadan istefa verməsə də, onun tərəfdarları Müsavat sıralarından ya istefa verməyə, ya da istafaya göndərilməyə məruz qalıblar. Bu qarşıdurmalar mətbuatla yanaşı, sosial şəbəkədə də davam edirdi. Ötən həftə isə tərəflər arasında görüş keçirildikdən sonra Qubad İbadoğlu yeni hərəkat yaratdığını bəyan edib.
Xatırladaq ki, Qubad İbadoğluna və tərəfdarlarına qarşı ən sərt ittihamlar irəli sürənlərdən biri də Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli olub. O, eyni zamanda digər narzı müsavatçı, keçmiş Divan üzvü və başqanlığa keçmiş namizəd Tural Abbaslının partiyada fraksiya yaratmaq cəhdinə qarşı çıxış etməkdədir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB