Sabir Məmmədov: “Polislərə qarşı olan mənfi hərəkətlərə son qoymaq lazımdır” MÜNASİBƏT
"Son zamanlar sürücülərlə polislər arasında baş verən münaqişələr cəmiyyətdə birmənalı qarşılanmır. Bu, Azərbaycan polisinə qarşı aparılan kampaniyanın tərkib hissəsidir". Bu fikirləri SİA-ya açıqlamasında keçmiş polis zabiti Sabir Məmmədov bildirib.
Onun sözlərinə görə, xalqın mühafizəsində, asayişin keşiyində duran polis məmurlarına qarşı edilən bu cür hərəkətlər qınaq obyektinə çevrilməlidir: "Daim xalqı üçün çalışan polis işçiləri cəmiyyət içərisində layiq olduqları münasibətlə qarşılaşmırlar. Sərxoş halda olan vətəndaş polis məmurunu təhqir edir, bu azmış kimi fiziki güc tətbiq etməkdən belə çəkinmir. Hər bir ölkənin inkişafı üçün əsas şərt sabitlikdir. Bu gün biz dünyanın müxtəlif bölgələrində hökm sürən prosesləri izləyərkən bir daha görürük ki, sabitlik pozulduqda ölkə üçün vacib olan məsələlər də öz həllini tapa bilmir. Buna görə də polis işçilərinin çəkdikləri zəhməti layiqincə qiymətləndirmək lazımdır. Biz unutmamalıyıq ki, polis də bizlərdən biridir və bizə aid olan bütün məsələlər elə ona da aiddir. Keçmiş polis zabiti olaraq deyə bilərəm ki, mənim çalışdığım zamanlarda bu cür hallarla təsadüf hallarda qarşılaşırdıq. Çünki o zamanlar polisə göstərilən münasibət tamam fərqli şəkildə idi. Son zamanlar isə bu münasibət mənfiyə doğru getməkdədir. Bu cür halların qarşısını almaq üçün cəmiyyətdə maarifləndirici təbirlər keçirilməli, polislərə qarşı olan mənfi hərəkətlərə son qoymaq lazımdır".
Elton
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB