MSK sədri: "Namizədlərdən MSK-ya şikayət daxil olmayıb"

MSK sədri: "Namizədlərdən MSK-ya şikayət daxil olmayıb"

"Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinə bələdiyyə seçkiləri ilə bağlı müşahidəçilərin göndərilməsi ilə bağlı artıq noyabr ayından rəsmi dəvət göndərmişik". SİA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

MSK sədrinin sözlərinə görə, qərar qarşı tərəfdən asılıdır.

Bələdiyyə seçkilərində namizədlərin seçicilərlə görüşməsi məsələsinə aydınlıq gətirən M. Pənahov söyləyib ki, Azərbaycanda bələdiyyə seçkilərində namizədlərin seçicilərlə görüşməsi, təşviqatı üçün bütün şərait yaradılıb: "İndiyə qədər namizədlərdən bu sahə ilə bağlı Mərkəzi Seçki Komissiyasına hər hansı şikayət daxil olmayıb. Seçki prosesində bəzi öyrədilmiş şəxslərin seçki prosesinə kölgə salmağa cəhd etməsi halları ola bilər. Təsadüfən kimsə də hansısa səhv hərəkətə yol verə bilər və bundan bəhanə kimi istifadə edə bilərlər. Lakin elə bəhanələrin olmamasına çalışmalıyıq. Çünki Azərbaycanda seçkilər yüksək səviyyədə təşkil olunur, seçkinin nəticələri heç vaxt şübhə doğurmayıb".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə