"Bəzi beynəlxalq insan hüquqları təşkilatlarının Xədicə İsmayılın həbsi ətrafında yaratmaq istədikləri xoşagəlməz vəziyyət onlara heç nə qazandırmayacaq. Əksinə dünya dövlətlərinin rəğbətini itirmiş bu təşkilatların yerli-yersiz müdaxilələri, törətdiyi cinayətə görə həbs edilən şəxslərin "müdafiəsinə" qalxması onların bütün planlarını alt-üst edir". Bu fikirləri SİA-ya açıqlamasında ekspert Vüqar Əsgərov bildirib.
Xədicə İsmayılın həbs edilməsinə etiraz edən bəzi beynəlxalq qurumların mövqeyinə aydınlıq gətirən V.Əsgərov qeyd edib ki, faktiki olaraq bu gün ABŞ-da analoqsuz hadisələr baş verir: "Ancaq heç bir beynəlxaq təşkilat, hüquq müdafiə təşkilatı ABŞ-dakı hadisələrə münasibət bildirmir. Orada yüzlərlə insan həbs edilib, bir neçə insan qətlə yetirilib. Bütün bunları ABŞ kökuməti etmirmi? Edirsə, o zaman bizim hakimiyyətimizi üzdəniraq şəxslərə görə tənqid edən beynəlxalq təşkilatlar nə üçün ABŞ-dakı hadisələrə münasibət bildirmir? Bu gün real gözlə baxsaq, görərik ki, Azərbaycanla ABŞ arasında yerlə göy qədər fərq var. ABŞ-da minlərlə siyasi məhbus var, hər gün insanlar qətlə yetirilir, on illiklərdir ki, insanları dərisinin rənginə görə təzyiqlərə məruz qoyurlar, insanlar çaşqınlıq içində yaşadıqlarına görə qarətlə, oğurluqla ömürlərini başa vururlar. Orada xalqla iqtidar arasında bərpası mümkün olmayan böyük bir uçurum var. Dövlətin büdcəsi Şərq ölkələrində inqilablar etmək üçün həmin ölkələrdəki terorçu təşkilatlara xərclənir. ABŞ yaxın Şərqdə həyata keçirdiyi iyrənc siyasət nəticəsində büdcəsinə milyardlarla ziyan vurdu, minlərlə ABŞ əsgəri öldürüldü. Ancaq heç kim dinmir, heç bir beynəlxalq təşkilat ABŞ-ı haqqa, doğru yola səsləyə bilmir. Azərbaycanda isə, ABŞ-da olan bu eybəcər halların birini göstərin! Yoxdur, nə siyasi məhbusumuz var, nə ölkələrdə inqilab edirik, nə insanlarımızı dini, irqi, milli mənsubiyyətinə görə təzyiqlərə məruz qoyuruq, nə də yad torpaqlarda əsgərlərimizi ölümə sürükləyirik. Biz demokratik inkişaf yolunu tutmuşuq. Təbii ki, Xədicə İsmayıl ABŞ-ın, eləcə də bəzi Qərb dairələrini əlində bir oyuncaqdır, vasitədir. Milli ruhdan məhrum olan belə şəxlsərin əli ilə dövlətimizə ləkə yaxmağa çalışırlar. Ancaq neçə illərdir ki, onlar bu siyasətlərini davam etdirirlər. Nəticə isə yoxdur, ola da bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB