Bakıda avtomobillərin toqquşması ölümə səbəb oldu

Bakıda avtomobillərin toqquşması ölümə səbəb oldu

Bakının Sabunçu rayonunda "KİA" markalı minik avtomobili ilə "Ford" markalı yük avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, nazirliyin hadisə yerinə cəlb olunmuş qüvvələri xilasetmə işlərinə başlayıblar.

Hadisə yerində "Kia" avtomobilinin sürücüsü şəxsiyyəti məlum olmayan sərnişinin cəsədi aşkar olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədi çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə