Arzu Nağıyev: “Ermənilər sülhə getməməkdən ötrü manevrlərə başladı” AÇIQLAMA
"Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan prezidenti ilə istər Soçidəki, istərsə də Fransadakı görüşü sanki böyük sülh sazişinin imzalanmasına işarə idi". Bunu SİA-ya siyasi ekspert Arzu Nağıyev ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Bazel şəhərində keçirilən 21-ci iclasının ölkəmiz üçün əhəmiyyətindən danışarkən deyib.
Siyasi ekspertin sözlərinə görə, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov başda olmaqla Bazeldə ölkəmizin nümayəndə heyəti də iştirak etdi: "Görüşün maraqlı məqamlarından biri o idi ki, ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter Azərbaycan və Ermənistanı Böyük Sülh Sazişi imzalamağa çağırdı. İmzalanmadan öncə Didye Burkhalter ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında bir neçə məqama toxundu. Burada Krım hadisələri, Dnepryanı əraziyə yüksək muxtariyyətin verilməsi, eləcə də Dağlıq Qarabağ və s. məsələlər öz əksini tapdı. Biz Azərbaycan tərəfi olaraq bu szişə, sülhə çoxdan hazır idik. Dövlət başçısı İlham Əliyevin Ermənistan prezidenti ilə istər Soçidəki, istərsə də Fransadakı görüşü və s. sanki bu Böyük Sülh Sazişinin imzalanmasına işarə idi.
A.Nağıyev hesab edir ki, burada əsas şərtlərdən biri Ermənistanın təcavüzkar qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən birdəfəlik çıxarılmasıdır: "Təbii ki, bundan sonra müəyyən söhbətlərə yenidən qayıtmaq olar. Lakin buna baxmayaraq, sözügedən görüşlərdən sonra işğalçı ölkənin 47-50 minlik qoşunla Azərbaycan ərazisində hərbi manevrləri, təlim keçirmələri və məlum helikopter hadisələri sanki bunların üstündən bir xətt çəkdi. Yəni, burada ermənilər özləri sülhə getməməkdən, Böyük Sülh Sazişinə imza atmamaqdan ötrü böyük manevrlər etməyə başladılar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB