Bələdiyyənin əsas hədəfi xalqa xidmətidir FOTOLAR

Bələdiyyənin əsas hədəfi xalqa xidmətidir FOTOLAR

Neftçala

Bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat tədbirləri çərçivəsində Respublikanın bütün şəhər və rayonlarında YAP tərəfindən namizədliyi irəli sürülmüş şəxslərlə görüşlər davam etdirilir. Növbəti görüşlərdən biri də Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə, Milli Məclisin deputatı Rüstəm Xəlilov və YAP Mərkəzi Aparatının məsul əməkdaşı Ramil Mirzəyevin iştirakı ilə YAP Neftçala rayon təşkilatında keçirildi.

Tədbiri giriş sözü ilə açan YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərov görülən işlər barədə iştirakçılara məlumat verib: "Rayon üzrə fəaliyyətdə olan 17 bələdiyəyə 163 nəfər namizəd irəli sürülərək lazımı sənədləri 61 və 60 saylı Dairə Seçki Komissiyaları tərəfindən təsdiq olunub. Namizədlərin qeydə alınması üçün zəruri işlər səlahiyyətli nümayəndələr tərəfindən görülüb. Namizədlərin imza toplama işləri başa çatdırılaraq DSK-lara təqdim olunub. Seçki günü Neftçala rayonunda olan məntəqə seçki komissiyalarında müşahidə aparılması üçün Təşkilat tərəfindən müşahidəçi və məşvərəçi səs hüquqlu üzvlər müyyəyən edilərək siyahı mərkəzi qərərgaha göndərilib. Namizədlərin müdafiəsi üçün ərazilər üzrə təbliğat qurupları yaradılaraq onlara treninqlər keçirilib. Rayon təşkilatında seçki qərargahı yaradılıb və qərargah üzvləri arasında iş bölgüsü aparılıb. Hazırda qərargahlar onlar üçün yaradılan fəaliyyət proqramına uyğun olaraq işlərini görməkdədir.

Daha sonra çıxış edən Milli Məclisin Komitə sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə Respublikada dördüncü bələdiyyə seçkilərinin keçiriləcəyini qeyd edərək artıq xalqımızın bu sahədə kifayət qədər seçki təcrübəsinin olduğunu vurğulayıb: "Özünüidarəetmə orqanları, bir struktur kimi, Azərbaycanda 1999-cu ildə yaradılıb. Ötən müddət ərzində onların fəaliyyətinin hüquqi tənzimlənməsi üçün qəbul olunmuş qərarlar və qanunlar, eyni zamanda, əldə olunmuş təcrübə, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin daha da səmərəli şəkildə qurulmasına şərait yaradıb. Bələdiyyələrin əsas vəzifəsi vətəndaşlara xidmət etməkdir. Bu səbəbdən də sosial və digər aidiyyati problemlərin həllində onların üzərinə böyük məsuliyyət düşür. Əgər bələdiyyə xalq tərəfindən seçilirsə, sözsüz ki, xalqa xidmət etməlidir. Mən inanıram ki, bu seçkilərdə YAP bələdiyyələrdə daha çox namizədlə təmsil olunacaq. Bunun üçün xalqımızın da əlindən gələcəyini əsirgəməyəcəyinə əminəm".

Milli Məclisin deputatı Rüstəm Xəlilov qarşıdan gələn bələdiyyə seçkilərində qələbə qazanmaq üçün ciddi hazırlığın vacibliyini önə çəkdi:"Bələdiyyələrin təkmilləşdirilməsi istiqamətində qanunlar qəbul olunub. Bələdiyyələrin əsas vəzifəsi vətəndaşlara xidmət etməkdir və bu səbəbdən də sosial-iqtisadi məsələlərin həllində onların görəcəyi işlər daha çoxdur. Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu Konstitusiyada bələdiyyələrin funksiyalarına dair mükəmməl müddəalar öz əksini tapıb. Ümidvarıq ki, bələdiyyələr Konstitusiyanın tələblərinə uyğun şəkildə fəaliyyətlərini quracaqlar və əsas hədəfləri xalqa xidmət etmək, Respublikada görülən abadlıq-quruculuq işlərinə təkan vermək olacaq".

Zaqatala

Yeni Azərbaycan Partiyası (YAP) Zaqatala rayon təşkilatında YAP tərəfindən irəli sürülmüş namizədlər və qərargah üzvləri ilə görüş keçirilib. Görüşdə Milli Məclisin deputatları Kamilə Əliyeva, Yaqub Mahmudov və YAP Mərkəzi Aparatının əməkdaşı Emil Abbasov iştirak ediblər. YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov tədbiri giriş nitqi ilə açaraq, bələdiyyələrin cəmiyyətimizdə yeri və rolu, o cümlədən dövlətimizin bələdiyyələrə dəstəyi haqqında ümumi məlumat verib. O, çıxışında qeyd edib ki, 23 bələdiyyə üzrə 229 yerin hər birinə YAP üzvlərinin namizədliyi irəli sürülüb. Onların hər biri ali təhsilli olmaqla, üzvlər arasında gənclər və qadınlar var.

Sonra şəhər bələdiyyəsinin sədri, yeni bələdiyyə üzvlüyünə namizədlər Nurəli Əhmədov və Kəpənəkçi bələdiyyəsinin sədri yeni bələdiyyə üzvlüyünə namizəd Xuraman Şabanova bələdiyyələrin fəaliyyəti haqqında ətraflı məlumat veriblər.

Görüşdə Milli Məclisin deputatları Yaqub Mahmudov və Kamilə Əliyeva çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən tədbirlər, əldə olunmuş nailiyyətlər, aparılmış tikinti, abadlıq, quruculuq işləri, Azərbaycanın beynəlxalq arenada nüfuzu, bələdiyyələrin fəaliyyəti və rolu haqqında geniş məruzə ilə çıxış ediblər.

Qeyd edək ki, YAP Zaqatala rayon təşkilatı görüş qrafikinə uyğun olaraq yerlərdə təbliğat işini davam etdirir.

Oğuz

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının bələdiyyə seçkiləri ilə bağlı təbliğat kampaniyası davam edir. Bu münasibətlə rayonda namizədlər və partiya fəalları ilə görüş keçirilib.

YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov bildirib ki, Azərbaycan demokratik inkişaf yolunda irəliləyən aparıcı dövlətlər arasında mühüm yer tutmaqdadır. Belə ki, ölkəmizdə istər demokratiya, istərsə də vətəndaş cəmiyyəti quruculuğu kifayət qədər inkişaf edib. Bu önəmli faktor ölkəmizdə keçirilən bütün seçkilərdə özünü göstərməkdədir. Bu baxımdan, ölkəmizdə keçirilən bütün seçki proseslərində demokratiya faktoru əsas amil kimi qiymətləndirilir. Ona görə biz dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində məhz həmin fikirləri əsas götürürük. Qeyd edilən amillər bilavasitə bələdiyyələrin uğurlu fəaliyyətinə səmərəli təkan, stimul verir.

S.Məhərrəmov çıxışında qeyd edib ki, bu seçkilərdə qadınlara və gənclərə xüsusi yer verilib. İnanırıq ki, dekabrın 23-də Oğuz seçiciləri ümummilli lider Heydər Əliyev siyasi kursuna, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və dövlət başçımızın Sədri olduğu Yeni Azərbaycan Partiyasına olan inam və sevgisini növbəti dəfə nümayiş etdirəcək. Oğuzluların seçimi Yeni Azərbaycan Partiyasının namizədləri olacaq.

Tədbirdə YAP Oğuz rayon təşkilatının şura üzvlərindən Xalid Babayev bildirib ki, YAP Oğuz rayonu üzrə bu ilki bələdiyyə seçkilərinə 137 namizədlə qatılıb və onların hər biri rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edən şəxslərdir. Biz əminik ki, seçicilər 23 dekabrda yüksək siyasi fəallıq nümayiş etdirəcək və Yeni Azərbaycan Partiyasının namizədlərinə yekdilliklə səs verəcəklər.

Tədbirdə YAP fəallarından Orxan Rəsulov, Nurlan Yusifov, Həmid Şıxızadə, Elvin Əzizov və başqaları çıxış edərək "Rifah və Quruculuq naminə" YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.

Masallı

Dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı partiyanın namizədlərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlərini davam etdirir. Növbəti belə görüş dünən rayonun Banbaşı, Yeyənkənd və Köhnə Alvadı kəndlərində keçirilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının aparat rəhbəri, Seçki Qərargahının üzvü Qəşəm Hadıyev Azərbaycanda bələdiyyə sisteminin formalaşması tarixindən söz açıb: Bildiyiniz kimi, 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyasında keçmiş postsovet məkanı üçün tamamilə yeni olan hüquqi təsisat - yerli özünüidarə orqanları, qeyri-dövlət təşkilatı olan bələdiyyələr institutu təsis edilib. Bu müddətdən sonra bir neçə dəfə bələdiyyə seçkiləri keçirilib və bunların hamısında Yeni Azərbaycan Partiyası çoxsaylı namizədləri ilə təmsil olunub. Eyni ilə dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də YAP öz namizədləri ilə iştirak edir. Heç şübhə yoxdur ki, Partiya hər seçkidə olduğu kimi, bu seçkidə də qələbə qazanacaq. Mən əminəm ki, hər zaman dövlətçiliyə sədaqəti ilə seçilən Masallı seçiciləri bu dəfə də YAP namizədlərinə səs verəcəklər".

Seçki Qərargahının digər üzvü Ələşrəf Niftiyev isə çıxış edərək Azərbaycanın demokratik inkişaf yolunda dinamik addımlarla irəlilədiyini vurğulayıb: "Bunun nəticəsi kimi, dünya ictimaiyyəti ölkəmizin demokratik inkişafını təqdir edir. Bütün bunlar onu göstərir ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi inkişaf və sabitlikdir. Seçicilər, o cümlədən Masallı ictimaiyyəti bu inkişafa, sabitliyə səs verməklə növbəti dəfə Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərməlidirlər".

Tədbir iştirakçılarından Əbülfəz Əzizov, Azadəli Vəliyev, Abusət Zeynalov, Arif Məmmədov və başqaları çıxış edərək seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.

Balakən

Dekabr 5-də Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatında 2014-cü il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə namizədlikləri irəli sürülmüş YAP üzvləri ilə görüş keçirilib. YAP Balakən rayon təşkilatının sədri Azad Balayev çıxışında təbliğat-təşviqatla bağlı görülən işlərdən danışıb. Yerli bələdiyyələr üzrə əhalinin sıx yaşadığı ərazilərdə seçicilərlə görüşlərin keçirilməsinə istiqamət verən bu yığıncaqda Milli Məclisin deputatları və YAP Mərkəzi Aparatının məsul işçisi Emil Abasov bələdiyyə üzvlüyünə namizədlərə seçicilərlə görüş üçün istiqamətverici tövsiyələrlə çıxış ediblər.

Milli Məclisin deputatı Yaqub Mahmudov çıxış edərək ötən seçkilərdə partiyanın əldə etdiyi uğurların nəticələrini diqqətə çatdırıb, qarşıdakı seçkilərdə qələbə əldə etmək üçün seçicilərin milli mənsubiyyətlərinə uyğun şəkildə gənc namizədlərə tövsiyələrini verib. Balakən seçicilərinə mənsub olduğu ərazilərin tarixini, etnoqrafiyasını dərindən öyrənərək, seçici fikri aşılamaq, müstəqil Azərbaycanın bu bölgədə mövqeyini möhkəmləndirmək üçün təbliğat kampaniyasını hər bir yaşayış ərazisində aparmaq tövsiyə olunub.

YAP Mərkəzi Aparatının məsul işçisi Emil Abasov partiyanın gənclərlə işinin təşkili, gənclərin dövlət orqanlarında məsul vəzifələrə təyin olunmasında partiyanın rolu, ölkədə keçirilən Milli Məclisə və bələdiyyələrə seçkilərdə gənclərin irəli çəkilməsindən, partiyanın gənc namizədlərə tövsiyələrindən söz açıb. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına üzv olan gənc bələdiyyə üzvlüyünə namizədlərə partiya vəsiqələri təqdim olunub.

Hacıqabul

Dekabrın 5-də Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatı rayondakı Heydər Əliyev Mərkəzində partiya tərəfindən namizədliyi irəli sürülmüş namizədlərlə geniş tərkibdə görüş keçirib.

Görüşdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Regional Məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Milli Məclisin deputatı Rüstəm Xəlilov YAP Hacıqabul təşkilatının sədri Hafis Bəşirov və digər şəxslər iştirak ediblər.

Tədbiri YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov açaraq bələdiyyə seçkiləri ilə əlaqədar görülmüş işlər barədə ətraflı məlumat verdi. O, həmçinin, qarşıdan gələn bələdiyyə seçkilərinin siyasi-hüquqi, sosial və mədəni əhəmiyyətindən danışaraq dedi ki, bu seçkilərdə qadınlara və gənclərə xüsusi önəm verilib. İnanırıq ki, dekabrın 23-də Hacıqabul seçiciləri ölkənin ən inanılmış siyasi qüvvəsi olan partiyamıza və onun irəli sürdüyü namizədlərə səs verəcəklər.

Təbirdə çıxış edən Arif Rəhimzadə dedi ki, Azərbaycan demokratik inkişaf yolunda irəliləyən aparıcı dövlətlər sırasında mühüm yerini tutmaqdadır. Belə ki, ölkəmizdə istər demokratiya, istərsə də vətəndaş cəmiyyəti quruculuğu kifayət qədər inkişaf etmişdir. Bu önəmli tendensiyalar ölkəmizdə keçirilən bütün seçkilərdə özünü göstərməkdədir. Bu baxımdan, YAP-ın bələdiyyə seçkiləri ilə bağlı apardığı işləri təhlil edərkən belə qənaətə gəlmək olur ki, ölkəmizdə keçirilən bütün seçki proseslərində demokratiya faktoru əsas amil kimi qiymətləndirilir. Biz bu ayın 23-də keçiriləcək bələdiyyə seçkiləri barədə məhz həmin fikirləri əsas götürürük. Çünki qeyd edilən amillər bilavasitə bələdiyyələrin uğurlu fəaliyyətinə səmərəli təkan, stimul verir.

A. Rəhimzadə çıxışında qeyd etdi ki, bələdiyyə seçkilərinin daha bir önəmi bu strukturun ölkənin inkişafına verdiyi töhfələrdir. Daha dəqiq desək, ölkəmizin sosial-iqtisadi yüksəlişində bələdiyyələr də inkişafa dəstək olduqlarını nümayiş etdiriblər. Bu seçkidə də qələbə bizim namizədlərin olacaqdır. Çünki ötən illərdə keçirilən bütün seçkilərdə YAP-ın üstün qələbəsi hər bir kəsdə bu əminliyi, bu inamı yaratmaqdadır. Eyni zamanda seçicilərin partiyamıza etimadının davamlı olaraq artması faktı YAP Sədri, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin liderliyi ilə ölkəmizin sürətli inkişafından, insanların sosial-rifah halının yüksəlməsindən qaynaqlanır. Bütün sahələrdəki islahatların davamlı şəkildə həyata keçirilməsi və s. bu kimi digər reallıqlar ölkə vətəndaşlarının YAP-a, onun namizədlərinə olan inamını davamlı olaraq artırır. İnanıram ki, Salyan rayonunda seçicilər bu dəfə də partiyamızın namizədlərinə səs verməklə qəsəbələrin, kəndlərin inkişafına səs vermiş olacaqlar.

Görüşdə bələdiyyə üzvlüyünə namizədlər də çıxış etdilər.

Xətai rayonu

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının keçirdiyi təbliğat-təşviqat kampaniyasında iştirak edən ictimaiyyətin nümayəndələri YAP namizədlərini dəstəkləyəcəklərini bəyan etdilər

Paytaxtın digər rayonları kimi günü-gündən dəyişən, abadlaşan Xətai rayonunun ictimaiyyəti də bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini bildirdilər.

YAP Xətai rayon təşkilatında yaradılan seçki qərargahında növbəti görüş keçirildi. Partiyanın rayon təşkilatını Əhmədli Kənd Bələdiyyəsində təmsil edəcək namizədlərlə keçirilən görüşdə söylənilənlər bir daha göstərdi ki, ideya və məqsədi xalqın istəklərindən qaynaqlanan YAP –a alternativ yoxdur.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov namizədlərin təbliğat-təşfiqat kampaniyası ilə əlaqədər görülən işlər barədə məlumat verdi. Bildirdi ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə YAP Xətai rayon təşkilatı tərəfindən 2 bələdiyyəyə 32 namizəd irəli sürülmüşdür. Azərbaycan xalqı müdrikliyini bir neçə dəfə təsdiqləmiş, ölkənin gələcəyini müəyyənləşdirən sınaqlarda, siyasi kampaniyalarda birlik nümayış etdirərək siyasi iradə və qətiyyət göstərmişdir:

- Azərbaycan dünya miqyasında iqtisadi inkişafı ilə fərqləndiyi kimi həm də yenilikçi, islahatçı ölkə kimi tanınır. Bu fakt bir daha göstərir ki, Azərbaycanda iqtisadi islahatlar çox sürətlə və müasir səviyyədə davam etdirilir. Dünyada elə bir ölkə yoxdur ki, iqtisadiyyatı son illərdə Azərbaycanda olduğu kimi dinamik inkişaf etdirilsin, dövlət büdcəsi, valyuta ehtiyatları ölkəmizdə olduğu səviyyədə artırılsın. Bu qələbələr Prezident İlham Əliyev siyasətinin nəticəsidir. Cənab İlham Əliyevə sonsuz məhəbbət həm də Yeni Azərbaycan Partiyasına artan inamın nümunəsidir. Siyasi sabitliyi bütün uğurların qazanılması üçün başlıca amil kimi qiymətləndirən insanlar 23 dekabrda belə əmin-amanlığı qətiyyəti və siyasi iradəsi ilə qoruyub saxlayan cənab İlham Əliyev siyasətinə tərəfdar olduqlarını onun Sədri olduğu Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməklə bildirəcəklər.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, YAP-ın səlahiyyətli nümayəndəsi Səməd Seyidov partiyanı təmsil edən namizədləri təbrik etdi və bələdiyyələrin ölkəmizin demokratik inkişafında önəmli rolundan söhbət açdı:

-Bələdiyyələr həyata keçirdikləri bütün islahatlarda ölkə əhalisinin iradəsinə əsaslanır. Bu islahatlar bələdiyyələrin təkmilləşməsində də hiss olunur. Sosial məsələlərin həlli, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması və bununla bərabər köklü islahatların aparılması, infrastruktur layihələrin icrası Azərbaycanın reallıqlarıdır. Dünya dövlətləri Azərbaycanla hesablaşırlar. Ölkəmizin iştirakı və dəstəyi olmadan heç bir beynəlxalq layihənin həlli mümkün deyil.

Xalqımızın siyasi fəallığının belə yüksək səviyyədə olduğunu görəndə əlavə söz deməyə ehtiyac duymursan. Çünki ötən illərdə ölkədə aparılan titanik inkişafı gündəlik həyatında hiss edən xalq seçimini müəyyənləşdirib. Seçki praktikasının hüquqi prinsiplərindən də aydındır ki, bələdiyyə seçkiləri sadəliyi və eyni zamanda mürəkkəbliyi ilə fərqlənir.

Əsas odur ki, seçici tanıdığı, ictimai fəaliyyətinə bələd olduğu namizədə münasibət bildirir, etimad göstərir.

Sonra YAP -ın namizədlərindən Ədalət Fərəcov, Könül Əfəndiyeva , Maqsud Nəcəfov Rövşən Məmmədov çıxış edərək etimadı doğruldacaqların bildirdilər. Qərargah üzvlərindən Məmmədəli Mürsəlov və YAP Xətai rayon təşkilatının Gənclər Birliyinin sədri Sərxan Əliyev və başqaları namizədlərə tövsiyələr verdilər.

Tədbirin sonunda YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı və YAP-ın Bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi Hüseynbala Mirələmov partiyanın fəalları olan namizədlərin seçkilərdə qələbəsinə ümidvar olduğunu bildirdi və seçkilərdə hamiya uğur dilədi. Çıxış edən seçicilərin ümumi rəyi və yekdil istəyi bu oldu ki, bələdiyyə seçkilərində YAP –ın qələbə qazanacağı şəksizdir və bu inam Azərbaycan xalqının siyasi iradəsinin nəticəsi olaraq təsdiqini tapacaq.

Qax

Dekabrın 5-də Qax rayonunda 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərlə seçki qərargahı üzvlərinin görüşü keçirilib. Tədbirdə Milli Məclisin deputatları Yaqub Mahmudov, Kamilə Əliyeva, YAP Mərkəzi Aparatının məsul işçisi Emil Abasov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov bələdiyyə seçkilərinə hazırlıqla bağlı görülən işlər haqqında məlumat verib. Qeyd edib ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri zamanı Qax rayonu üzrə 18 bələdiyyəyə 166 nəfər üzv seçiləcək. N.Əhmədov YAP Qax rayon təşkilatı tərəfindən hər bir yerə namizəd irəli sürüldüyünü vurğulayıb. O bildirib ki, rayon təşkilatı namizədləri müəyyənləşdirərkən gənclərin və qadınların üstünlük təşkil etməsinə xüsusi diqqət verib. Hazırda təbliğat-təşviqat kampaniyasına start verilmiş və bu sahədə qrafik üzrə artıq görüşlər keçirilir.

Milli Məclisin deputatı Yaqub Mahmudov Yeni Azərbaycan Partiyasının seçkilərdə qazandığı uğurlardan, cəmiyyətdəki mövqeyindən, təbliğat-təşviqat kampaniyası vaxtı seçicilərlə ünsiyyətin müxtəlif metodlarından danışıb və respublikada gedən abadlıq-quruculuq işləri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük layihələr barədə geniş məlumat verib.

Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinə "Rifah və quruculuq naminə" şüarı ilə getdiyini söyləyən Milli Məclisin deputatı Kamilə Əliyeva qeyd edib ki, bələdiyyə seçkilərinin başlanmasına sayılı günlər qalıb. YAP seçkilərə start veriləndən sonra xeyli iş görüb. Təbliğat-təşviqat kampaniyası respublikanın hər yerində uğurla davam etdirilir. Biz əminik ki, qaxlılar Heydər Əliyev ideyalarına sadiqliyini bu seçkilərdə də nümayiş etdirərək YAP-ın namizədlərinə səs verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə