Oğuzlular “Rifah və Quruculuq Naminə” YAP-ın namizədlərinə səs verəcəklər FOTOLAR
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatı 2014-cü il dekabrın 23-ə təyin olunan bələdiyyə seçkiləri ilə bağlı təbliğat kampaniyasını uğurla davam etdirir. SİA-nın xəbərinə görə, bu münasibətlə rayonda namizədlər və partiya fəalları ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov deyib ki, bu gün Azərbaycan demokratik inkişaf yolunda irəliləyən aparıcı dövlətlər arasında mühüm yerlərdən birini tutur: "Bu gün ölkəmizdə istər demokratiya , istərsə də vətəndaş cəmiyyəti quruculuğu kifayət qədər inkişaf edib. Bu önəmli faktor ölkəmizdə keçirilən bütün seçkilərdə özünü göstərməkdədir. Bu baxımdan , ölkəmizdə keçirilən bütün seçki proseslərində demokratiya faktoru əsas amil kimi qiymətləndirilir. Ona görə biz dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində həmin fikirləri əsas götürürük. Qeyd edilən amillər bilavasitə bələdiyyələrin uğurlu fəaliyyətinə səmərəli təkan, stimul verir".
S.Məhərrəmov vurğulayıb ki, qarşıdakı bələdiyyə seçkilərində qadınlara və gənclərə xüsusi yer verilib: "İnanırıq ki, dekabrın 23-də Oğuz seçiciləri Ümummilli Lider Heydər Əliyev siyasi kursuna, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və dövlət başçımızın Sədri olduğu Yeni Azərbaycan Partiyasına olan inamını və sevgisini növbəti dəfə nümayiş etdirəcək".
S.Məhhərrəmov əminliklə deyib ki, qarşıdakı bələdiyyə seçkilərində oğuzluların seçimi Yeni Azərbaycan Partiyasının namizədləri olacaq.
Daha sonra çıxış edən YAP Oğuz rayon təşkilatının Şura üzvü Xalid Babay deyib ki, hakim partiya Oğuz rayonu üzrə bu ilki bələdiyyə seçkilərinə 137 namizədlə qatılıb: "Sevindirici haldır ki, namizədlərin hər biri rayonun ictimai-siyasi , sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edən şəxslərdir. Biz əminik ki, oğuzlu seçicilər bələdiyyə seçkilərində yüksək fəallıq nümayiş etdirərək partiyamızın namizədlərinə əs verəcəklər".
Tədbir davamında partiyanın fəallarından Orxan Rəsulov, Nurlan Yusifov, Həmid Şıxızadə, Elvin Əzizov və digərləri çıxış edərək "Rifah və Quruculuq naminə" seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB