Lerikdə namizədlərlə YAP seçki qərargahı üzvlərinin görüşü keçirilib
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatında YAP tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərlə Seçki Qərargahının üzvlərinin görüşü keçirilib. Görüşdə Milli Məclisin Sosial-siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli, millət vəkili İqbal Məmmədov, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov və digər şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə partiyanın rayon təşkilatının sədri Elxan Qənbərov açaraq qeyd edib ki, dövlətimiz bələdiyyələrin fəaliyyətləri üçün tam normal şərait yaratmış, imkanlar daxilində qayğı ilə əhatə olunublar. O cümlədən rayonumuzda fəaliyyət göstərən 29 bələdiyyəyə rayon rəhbərliyi tərəfindən tam qənaətbəxş şərait yaradılıbdır: "Rayonda bir seçki dairəsi - 78 saylı Lerik DSK-sı və 108 seçki məntəqəsi fəaliyyət göstərir. Bir dairə üzrə 30.000 nəfərə yaxın seçici qeydiyyata alınıbdır. Rayon üzrə bir şəhər, 28 kənd olmaqla 29 bələdiyyə fəaliyyət göstərir. Seçki məntəqələrinə və DSK-na Seçki Məcəlləsinə uyğun olaraq 109 məşvərətçi səs hüquqlu və 109 müşahidəçinin ərizələri təqdim olunub və vəsiqələri verilibdir. Rayon təşkilatı 261 yerə partiyanın fəallarından, nüfuzlu şəxslərindən 269 nəfərin namizədliyini irəli sürmüşdür". Qeydə alınmış şəxslərin 40.2%-i gənclər, 32.6%-i qadınlar, ümumilikdə qeydə alınmışların 96.2%-i ali təhsilli şəxslərdir. Ümumilikdə Yeni Azərbaycan Partiyası tərəfindən 331 namizəd irəli sürülmüşdür".
Millət vəkilləri Hadı Rəcəbli, İqbal Məmmədov bələdiyyə seçkilərinin respublikamızın sosial-siyasi həyatında vacib hadisə olduğunu vurğulayaraq bildirdilər ki, yerli özünüidarəetmə institutunun yaradılmasından 15 il ötüb. Bu müddət ərzində bələdiyyələr müəyyən inkişaf yolu keçərək təkmilləşmişlər. Millət vəkilləri sonda leriklilərin qarşıdakı seçkilərdə də respublikamızda ən güclü siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərinə əmin olduqlarını bildirdilər.
YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək bələdiyyə seçkilərinin uğurla başa çatması üçün seçicilərin fəallığının yüksək olması amilindən danışıb. Bildirib ki, Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ölkəmizin yüksək inkişafına hesablanmış uğurlu sosial-iqtisadi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirilir: "Bunun üçün bizlər, eləcə də gənc nəsil əvvəlki seçkilərdə olduğu kimi, bu seçkidə də cənab Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasını dəstəkləməli, bu partiyanın ətrafında sıx birləşməli və partiya namizədlərinə səs verməliyik".
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB