YAP gənclərinin iştirakı ilə qanvermə aksiyası keçirilib VİDEO

YAP gənclərinin iştirakı ilə qanvermə aksiyası keçirilib VİDEO

Bu gün Respublika Klinik Xəstəxanasında Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının Gənclər Birliyinin təşəbbüsü ilə qanvermə aksiyası keçirilib. Aksiyaya Kənd Təsərrüfatı Nazirliyinin, Respublika Klinin Xəstəxanasının, Aztelekom İstehsalat Birliyinin nümayəndələri və rayon ərazisində yerləşən ali təhsil ocaqlarının tələbələri dəstək olublar. SİA-nın məlumatına görə, qanvermədə gün ərzində 300-dən çox insanın iştirak edib. Bu xoşməramlı addım bir daha Yeni Azərbaycan Partiyasının xeyirxahlıq və humanist bir partiya olduğunu göstərir.

YAP fəaliyyətində hər zaman cəmiyyətdə vətəndaş quruculuğuna önəm verməklə yanaşı aztəminatlı ailələrə, valideyin himayəsindən məhrum olmuş uşaqlara, ahıllara yardımlar göstərməklə xüsusilə seçilib. Bu dəfəki hemofiliya xəstələrinə yardım məqsədi ilə keçirilən qanvermə aksiyası da ümüumxalq partiya olan YAP-ın xeyirxahlıq tədbirlərinin davamıdır.

Aksiyanın təşkilatçısı YAP Yasamal Gənclər Təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, keçirilən xeyriyyə aksiyasında əsas məqsəd qan azlığından əziyyət çəkən xəstələrə yardım etməkdir: "Biz gənclər hər zaman belə tədbirlərin keçirilməsində maraqlıyıq. Vaxtaşırı olaraq YAP gəncləri olaraq xeyriyyə marafonu təşkil etməklə müxtəlif mədəni aksiyalarda iştirak edirik. Bu aksiyaların əsas mahiyyəti hüquqi demokratik dövlətimizə öz tövhələrimizi verməkdir".

t

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə