Aslan İsabəyli: “Artıq uğurlarımız öz sözünü deyir” AÇIQLAMA

“Biz Azərbaycan həqiqətlərinin Kanada dövlət adamlarının diqqətinə çatdırmaq və ziyalılarla əlaqələr qurmaq istiqamətində addımlarımızı davam etdiririk"
Aslan İsabəyli: “Artıq uğurlarımız öz sözünü deyir” AÇIQLAMA

"Təbii ki, ilk öncələr bu proseslər o qədər də yaxşı inkişaf etdirilmirdi. Son illərdə, xüsusilə də son aylarda Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Kanadaya ölkəmizin yeni səfirinin təyin edilməsi və Kanadada aparılan işlər tədricən onu göstərdi ki, artıq uğurlarımız öz sözünü deyir". Bunu SİA-ya Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin Kanada üzrə rəhbəri Aslan İsabəyli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Kanadalılara lazımi məlumatların hansı formada çatdırılması ilə bağlı fikirlərini bildirərkən deyib.

Aslan İsabəylinin sözlərinə görə, Kanadada Azərbaycan diasporası, ümumiyyətlə isə azərbaycanlı ailə çox azdır: "Məhz buna görə də diaspora nümayəndələrimiz çalışır ki, insanları səfərbər edib bir araya gətirsinlər. Bu, xüsusilə Azərbaycan həqiqətlərinin dünya dövlətlərinin, Kanadada olan müəyyən icmaların diqqətinə çatdırılması baxımından çox əhəmiyyətlidir. Azərbaycanın Kanadadakı səfirliyi müstəqil olaraq bu istiqamətdə öz fəaliyyətlərini davam etdirir. Amma biz Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin Kanada üzrə rəhbərliyi olaraq deyə bilərəm ki, böyük uğurlar əldə etmişik.

Biz Azərbaycan həqiqətlərinin Kanada dövlət adamlarının diqqətinə çatdırmaq və ziyalılarla əlaqələr qurmaq istiqamətində addımlarımızı davam etdiririk. Artıq bəzi ziyalılar tərəfindən Azərbaycana səfərlər də davam etdirilməkdədir. İnanıram ki, gələcəkdə Azərbaycan dövləti nəinki Dağlıq Qarabağla bağlı, ümumiyyətlə Azərbaycan həqiqətlərinin Kanada dövlətində, ictimaiyyətində daha doğru inkişafına nail olacaq. Əgər Azərbaycan dövləti və onun Prezidenti cənab İlham Əliyev bizim qarşımızda müəyyən məqsəd qoyubsa, təbii ki, buna da nail olmaq məcburiyyətindəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə