Kaspşik Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətə görə təltif olundu
Rusiya və ABŞ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsini təltif edib. SİA bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin şəxsi "Tvitter" səhifəsinə istinadən xəbər verir.
Səhifədə qeyd edilib ki, Anjey Kaspşik Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi fəaliyyətinə görə təltif olunub.
"Sülh və əminamanlıq diplomatiya nəticəsində əldə oluna bilər, münaqişə ilə deyil" - deyə, Uorlik əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB