"Erməni” sözü təhqir sayıla bilərmi? AÇIQLAMA

"Erməni” sözü təhqir sayıla bilərmi? AÇIQLAMA

"Hesab etmirəm ki, "erməni" sözü bütün dünya leksikonunda təhqir sayılsın". Bunu SİA-ya Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa "erməni" sözünün bütün dünya leksikonunda təhqir sayıla bilərmi fikrinə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, Ermənistan Azərbaycan üçün düşmən ölkə olduğuna görə, hər hansı bir şəkildə bu adla adlandırmaq heç kimə xoş gəlmir: "Bu, ümumi təhqir sözü deyil. Çünki, birinə ingilis, ərəb də deyə bilərlər ki, həmin sözlərin heç biri təhqir sayılmır. Əslində bu sözlər təhqir mənasında deyilsə də, amma ləqəb kimi qalmaqdadır. Bu mənada hesab edirəm ki, "erməni" sözü də təhqir sayılmasa da, xoşagəlməz bir ifadə kimi cəmiyyət də anlaşmır. Hər halda bu barədə qəti fikir söyləmək çətindir. Ümumiyyətlə millətlərin adlarının bu formada istifadə olunmasının doğru hesab etmirəm. Yəni, müqayisə zəminində kimisə hansısa bir adla adlandırmaq düzgün deyil. Çünki, hər bir millətin yaxşısı və pisi ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə