“Sabah” qəzeti Azərbaycanı təhqir edib" ETİRAZ

“Sabah” qəzeti Azərbaycanı təhqir edib" ETİRAZ

Milli QHT Forumu Türkiyənin nüfuzlu "Sabah" qəzetindı yazılanlara etiraz bəyanatı yayıb. SİA-nın xəbərinə görə, bəyanatda deyilir: "Azərbaycan Respublikası Dövlət müstəqilliyini bərpa edən gündən etibarən xalqımız və ictimaiyətimiz, qardaş Türk xalqını və Türkiyə Cümhuriyyətini ən böyuk dayaq bilib və bu gün də bilməkdədir. Təəssüf hisi ilə bildiririk ki, bəzi hallarda xalqlarmızın birliyinə xələl gətirən qüvvələr bu inamı sarsıtmağa çalışırlar. Bu gün Türkiyənin "Sabah" qəzeti Azərbaycanın müstəqilliyinə qarşı olan yazı dərc edib. Qəzetdə yer alan "3 Başkenti, 11 resmi dili ve 5 dilde ulusal marşı var!" adlı məqalədə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisi "Dağlık Karabağ Cumhuriyyeti" kimi göstərilib. Biz Qeyri- Hökumət Təşkilatları qardaş ölkədə fəaliyyət göstərən bir qəzetdə Azərbaycana qarşı bu cür münasibət sərgiləyən, Azərbaycan ərazisini "Dağlık Karabağ Cumhuriyyeti" kimi göstərilməsinə kəskin etiraz edirik.

Hesab edirik ki, bu kimi yazılar Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə zərbə vurmaq istəyənlərə xidmət edir. 20 ildən artıqdır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, minlərlə azərbaycanlını girov götürüb, on minlərlə insanı qətlə yetirib. Ermənilər qoca, uşaq, qadın demədən azərbaycanlılara bəşəriyyətin görmədiyi işgəncələri veriblər. Bütün bunlara baxmayaraq Türkiyədə nəşr olunan "Sabah" qəzeti Azərbaycanın işğal olunmuş ərazilərini ermənilərə məxsus dövlət kimi göstərib. Dünyanın heç yerində tanınmayan, qəbul edilməyən qondarma və terrorçu bir qrupun "Sabah" qəzetində müstəqil dövlət kimi təqdim olunmasını Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdid hesab edirik. Biz Azərbaycan Milli QHT Forumunun üzvü olan 648 QHT rəhbərləri qardaş bir ölkədə fəaliyyət göstərən "Sabah" qəzeti bu yazı ilə on minlərlə Azərbaycanlı şəhidlərin ruhunu, ölkədə və dünyada yaşayan millionlarla Azərbaycanlını və Türkü təhqir edib. Bundan irəli gələrək "Sabah" qəzetinin rəhbərliyindən bu məsələ ilə bağlı Azərbaycan xalqından üzr istəməsini, təkzib verməsini tələb edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə