İsveçrənin Bazel şəhərində ATƏT Nazirlər Şurasının 21-ci iclası start götürüb. Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutundan SİA-ya verilən xəbərə görə, ATƏT üzvü olan 57 ölkənin xarici işlər nazirlərinin qatıldığı beynəlxalq tədbirdə ATƏT rəhbərliyi də iştirak edir.
Tədbiri giriş sözü ilə İsveçrə Konfederasiyasının Prezidenti, ATƏT-in hazırkı sədri Didier Burkhalter açıb. ATƏT prinsipləri haqqında danışan sədr həmçinin İsveçrənin ATƏT sədrliyi dövründə görülən işlər haqqında məlumat verib. Daha sonra ATƏT Parlament Assambleyasının Prezidenti və ATƏT-in Baş Katibi giriş nitqi söyləyiblər.
Rəsmi açılış hissəsindən sonra ilk söz Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova verilib.
Tədbirdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov bu dəfəki müzakirələrin gərgin keçəcəyini, əsas prioritet kimi ATƏT üzvü olan ölkələrin ərazi bütövlüyü məsələsinin olacağını bildirib.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB