Elçin Mirzəbəyli: ""Azadlıq" qəzeti etik və əxlaqi normaları pozmaqda liderdir" AÇIQLAMA

Elçin Mirzəbəyli: ""Azadlıq" qəzeti etik və əxlaqi normaları pozmaqda liderdir" AÇIQLAMA

"Bir zamanlar özlərini Azərbaycan mətbuatının ruporu kimi təqdim edənlər, eləcə də ayrı-ayrı qurumlar tərəfindən guya təzyiqlərə məruz qaldığını bildirənlər, bu gün özlərinin əsas simasını ortaya qoyublar". Bunu SİA-ya "Xalq Cəbhəsi" qəzetinin baş redkatoru Elçin Mirzəbəyli "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun "Azadlıq" qəzetini məhkəməyə verməsinə münasibət bildirərkən deyib.

Baş redaktorun sözlərinə görə, "Azadlıq" və "Yeni Müsavat" qəzetləri arasında savaş artıq uzun müddətdir ki, davam edir: ""Azadlıq" qəzeti bu prosesdə bütün etik və əxlaqi normaları kobud şəkildə pozaraq öndə gedən "lider" qəzetlərdən biridir. Məhkəmə proseduru onların özlərinin kütləvi apardıqları siyasətin, gördükləri işin son nəticədə hara gəldiyinin fərqinə vardığını ortaya çıxarır. Əgər "Yeni Müsavat" qəzetinin baş redaktoru öz maraqlarının tapdandığına görə məhkəməyə müraciət edə bilirsə, bu zaman "Yeni Müsavat"ın və yaxud hər hansı bir mətbuat orqanının yazdığı məqalə də etik normalara uyğun gəlməsə, başqa bir qurumun da belə bir addım atmaq hüququ var. Bu zaman heç kim media mənsubiyyətini önə çıxararaq məhkəmə stendlərinə qarşı çıxış etməli deyil. Əgər insan haqları pozulursa və mediada şəxsiyyətlərin şərəf və ləyaqət hissi alçaldılırsa, o zaman təbii ki, həmin şəxslərin də məhkəmə qaydasında öz hüquqlarını müdafiə etmək hüququ var".

Bütün xəbərlər Facebook səhifəmizdə