Qabil Hüseynli: “Axı “dılğır” Ermənistan AB-yə necə üzv ola bilər?” AÇIQLAMA
"Ermənistan Avropa Birliyinə daxil olmaq üçün ən azı 30 il çalışmalıdır". Bunu SİA-ya politoloq Qabil Hüseynli Ermənistanın Avropa Birliyinə qoşulma istəyinə münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, işğalçı ölkənin iqtisadiyyatı bərbad gündədir: "Hesab edirəm ki, bu məsələ öz mürəkkəbliyi ilə seçilir. Türkiyə hələ, 1997-ci ildən AB üzvlüyünə namizəddir. Amma heç cürə bu birliyə üzv ola bilmir. Belə olan təqdirdə bu "dılğır" Ermənistan AB-yə necə üzv ola bilər? Ümumiyyətlə bu, yaxın 20-30 ildə belə mümkün olmayan bir şeydir".
Qabil Hüseynli hesab edir ki, artıq Avrasiya Birliyinə daxil olmuş Ermənistan 2015-ci il yanvarın 1-dən Avrasiya Birliyinin tamhüquqlu üzvü olacaq: "Başqa bir ictimasi-siyasi və yaxud iqtisadi qurumun üzvü olan ölkə digər quruma üzv ola bilməz. Ümumilikdə Ermənistanın Avropa Birliyinə üzv olması ilə əlaqədar olaraq heç bir prespektivi yoxdur və bu, mümkün deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB