Asim Mollazadə: “Ermənistanla yazılı anlaşmaya belə inanmaq olmaz”
"Konkret addımlar olmasa, Ermənistanla yazılı anlaşmaya belə inanmaq olmaz". Bunu SİA-ya Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Rusiya Dövlət Dumasının keçmiş deputatı, Rusiya Federasiyasının Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Sergey Markovun "Serj Sarkisyan və İlham Əliyev Moskvanın çağırışı üzrə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salmağa razılaşıblar" fikrini şərh edərkən deyib.
Millət vəkili vurğulayıb ki, Ermənistan hər zaman olduğu kimi, yenə də oyun oynayır: "Ermənistan özünə qarşı inamı artırmaq istəyirsə, Azərbaycanın işğal olunmuş ərazilərini azad etməlidir. Əks halda Ermənistanın bütün sözləri növbəti yalanlar, beynəlxalq ictimaiyyəti, həmçinin Rusiyanı aldatmaq kimi qiymətləndirilir".
A.Mollazadə rusiyalı politoloqun münaqişə tərəfləri arasında bəzi şifahi razılıqların mövcudluğu ilə bağlı fikrinə də münasibət bildirib: "Ola bilər ki, Ermənistan orada razılıq verib. Ancaq sonradan hər zaman olduğu kimi, öz vədinə əməl etməyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB