Əli Abbasov: “BMT-nin dəstəklədiyi layihəni müzakirə edəcəyik”

Əli Abbasov: “BMT-nin dəstəklədiyi layihəni müzakirə edəcəyik”

"Gələn 4 ildə QDİƏT-ə daxil olan ölkələrin elm və texnologiya sahəsində inkişafı, innovasiya, insan resursları, elmi potensial və elmi infrastruktur əsas məsələlərdən biri olacaq". SİA-nın məlumatına görə, bunu bu gün Bunu Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov QDİƏT-ə üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin iclasında iştirakı zamanı jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, QDİƏT-ə üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin iclasında bütün bu üzv ölkələrə məxsus olan elm və istehsalat sənayesi arasında olan əlaqələrin gücləndirilməsi, elmi kadrların yetişdirilməsi, gənc nəslin elmə olan həvəsinin artırılması, eləcə də elm və texnologiyaların nailiyyətlərinin sosial-iqtisadi inkişafa tətbiqi əsas müzakirə mövzusudur.

Əli Abbasov QDİƏT-in "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsinə maliyyə dəstəyi verə bilərmi sualına isə belə cavab verib: "Biz bu iclasda elmin infrastrukturunun inkişafını müzakirəyə çıxaracayıq. Burada Avropa və Asiya arasında olan və BMT-nin Baş Assambleyası tərəfindən dəstəklənən layihəni də müzakirə edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə