Elçin Mirzəbəyli: “Əli Kərimli Don Kixotluq etməklə məşğuldur”

Elçin Mirzəbəyli: “Əli Kərimli Don Kixotluq etməklə məşğuldur”

"Əli Kərimli kimdir ki, Avropa Birliyinin nümayəndəsi ilə görüşüb Azərbaycan-AB münasibətlərini müzakirə edir? Bundan da görünür ki, radikal müxalifət liderləri Don Kixotluq etməklə məşğuldurlar". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib.

AXCP sədrinin AB-nin Azərbaycandakı səfiri ilə görüşünə münasibət bildirən E. Mirzəbəyli qeyd edib ki, Əli Kərimlinin heç kimlə hər hansı bir məsələni müzakirə etməyə mənəvi haqqı yoxdur: "Məsələnin digər tərəfi tam aydındır. AB-nin Azərbaycandakı səfiri Malena Mard müxalifət rəhbərləri ilə görüşürsə, bu o demək deyil ki, bu müxalifətə dəstəkdir. Bu, Əli Kərimli üçün böyük sevincdirsə, AB üçün isə adi protokol qaydadır. Yəni guya sənədlərdə qeyd etsinlər ki, müxalifətlə də görüşüblər. M. Mard daha sanballı, nüfuzu olan siyasətçilərlə, ictimai xadimlərlə görüşsə, daha yaxşı olardı".

Bütün xəbərlər Facebook səhifəmizdə