Göygöllülər də təbliğat kampaniyasında fəallıq göstərirlər FOTOLAR

Göygöllülər də təbliğat kampaniyasında fəallıq göstərirlər FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat mərhələsinə start verib. SİA-nın verdiyi məlumata görə, partiyanın Göygöl rayon təşkilatı da müəyyənləşdirilmiş tədbirlərin vaxtında və qanunvericilik çərçivəsində həyata keçirilməsi üçün operativ fəaliyyətə başlayıb. Rayon təşkilatı tərəfindən təbliğat plakatları qanunvericiliyə uyğun olaraq müəyyən olunmuş yerlərdə vurulub.

YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev qeyd edib ki, bundan öncəki seçkilərdə öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirən rayon təşkilatı böyük seçki təcrübəsinə malikdir: "Təbliğat plakatlarının qanunvericiliyə uyğun olaraq müəyyən olunmuş yerlərdə vurulması prosesinə təşkilatın gənc fəalları, Seçki Qərargahının üzvləri cəlb edilib".

Diqqətə çatdırılıb ki, Göygöl şəhər və kənd bələdiyyələri 202 üzvdən ibarətdir, bu səbəbdən də YAP tərəfindən 202 nəfərin namizədliyi irəli sürülüb.

T.Əliyev qeyd edib ki, bələdiyyə seçkilərinin təbliğat mərhələsində müəyyən olunmuş bütün tədbirlər zamanında və dəqiqliklə yerinə yetiriləcək.

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı bələdiyyə seçkilərində partiyanın namizədlərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib.

Öncə çıxış edən YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev bütün vətəndaşların ölkəmizin inkişafının canlı şahidləri olduğunu deyərək əlavə edib ki, əhalinin rifahının yüksəlməsi, iqtisadiyyatın sürətli inkişafı, Azərbaycanın modernləşmə xəttinin uğurla həyata keçirilməsi və digər amillər ölkə reallıqlarını əks etdirir: "Azərbaycanın inkişafı, həyata keçirilən siyasətin davamlı uğurlarla müşaiət olunması Azərbaycan cəmiyyətində müsbət təəssürat yaradır və cəmiyyət üzvləri alternativsiz siyasi güc olan Yeni Azərbaycan Partiyasına üz tuturlar. YAP Azərbaycan xalqının istək və arzularının ifadəçisi kimi çıxış edir. Mən Göygöl seçicilərini YAP-ın namizədlərinə səs verməyə çağırıram".

Daha sonra çıxış edənlər – YAP Göygöl rayon təşkilatının sədr müavini Vüqar İsayev, təşkilatın aparat rəhbəri Rəşad Veysov, təbliğat qrupunun üzvü Hacı Kərimov diqqətə çatdırıblar ki, seçicilər qarşıdan gələn bələdiyyə seçkilərinə böyük ruh yüksəkliyi ilə gedirlər. Yeni Azərbaycan Partiyasının Sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti nəticəsində vətəndaşların sosial rifah halı daha da yaxşılaşıb, insanlar gələcəyə optimist baxırlar. Bu, ona dəlalət edir ki, insanlar inkişaf siyasətinin davam etməsi tərəfdarıdırlar, ona görə də bu seçkilərdə də məhz YAP-ın namizədlərinə səs verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə