"Gültəkin Hacıbəylinin ardıcıl olaraq məni hədəfə almasının əsl səbəbi özünü gündəmdə saxlamaqdır. Bu qadın Əli Kərmli və onun himayəsində olan "Azadlıq" qəzetindən istifadə edərək onların vastəçiliyi ilə əleyhimə şər-böhtan xarakterli fikirlər yayımlayır". Bu fikirləri SİA-ya Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyev ona qarşı yenidən məhkəmə iddiası qaldırılmasına münasibətini açıqlayarkən deyib.
Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı ona qarşı atılan addımlarda məişət məsələsinin siyasiləşdirildiyini bildirib: " Əgər keçmişdə ailə olan iki şəxsin arasında olan münasibətlər bəzi müxalifət qəzetlərində və hər dəfə "Milli Şura"nın kordinasiya şurasının üzvü Gültəkin Hacıbəylinin adı keçirsə bu reklam, sifarişdən başqa bir amil deyil. Bunun hansısa bir vəzifə tutmasından mənə nə aidiyyatı var ki?"
Mahmud Mehdiyev Gültəkin Hacıbəylinin hətta Milli Məclisdə təmsil olunduğu dövrlərdə də bu kimi yersiz addımlar atdığını xatırladıb: "Bu xanım millət vəkili olanda da ancaq öz statusundan istifadə edib, hazırda da Milli Şuranın adından çıxış edir. Uşağımla əlaqədar olan mübahisədə qəyyumluq komissiyasına məktubu Milli Məclisin blakında yazıb göndərmişdi. Məgər uşağımızın harada və kiminlə yaşaması məsələsi Milli Məclisin işidir? Hakimiyyətin guya mənim əlimlə ona təzyiq göstərməsini dəfələrlə gündəmə gətirir. Mənim öz haqqımı tələb etməkdə azadam. Bunun hakmiyyətlə heç bir əlaqəsi ola bilməz. Bunu siyasiləşdirməyin heç bir adı yoxdur".
Mahmud Mehdiyev daha bir faktı da açıqlayaraq deyib ki, Gültəkin Hacıbəyli vaxtilə öz doğma əmisinə məxsus olan daş karxanasını onun əlindən alaraq, atasına verib. Atası da həmin daş karxanasını qəbul edib. Yəni bu kimi amilləri nəzərə alaraq, nəticəyə gəlmək lazımdır.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB