Yeni Azərbaycan Partiyası 23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşaraq, bütün seçkilərdə qələbə qazandığı kimi, bu seçkidə də, qələbəni təmin etmək üçün zəruri addımlar atır. Partiyanın Mərkəzi Seçki Qərargahı bələdiyyə seçkiləri ilə bağlı çevik, operativ fəaliyyət göstərməklə, bütövlükdə Partiya və onun şəhər və rayon təşkilatlarını seçki kampaniyasının yüksək səviyyədə keçirilməsi üçün tam səfərbər edib.
Gəncə
Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat plakatlarının və Gəncə şəhərinin Nizami, Kəpəz və Hacıkənd bələdiyyələri üzrə namizədlikləri irəli sürülmüş 43 няфярин vahid formada hazırlanmış plakatlarını asmaqla başlamışdır. Bunlardan əlavə ayrı-ayrı bukletlər, təbliğat-təşviqat materialları da hazırlanıb ki, onlarda seçicilərə paylanacaqdır.
YAP Gəncə şəhər Təşkilatı tərəfindən yaradılmış təbliğat-təşviqat qrupları və namizədlər plakatların asılması, bukletlərin, təbliğat-təşviqat materiallarının paylanması ilə yanaşı açıq və qapalı yerlərdə seçicilərlə görüşlər də keçirəcəklər.
Bələdiyyə seçkiləri ilə bağlı təğliğat kampaniyası dekabr ayının 22-ə qədər davam edəcək.






Ağsu
Yeni Azərbaycan Partiyası tərəfindən 273 nəfərin namizədliyi irəli sürülmüş və qeydə alınmışdır. Qeydə alınmış namizədlərdən 69 nəfəri qadın, 74 nəfəri 30 yaşa qədər, 228 nəfəri ali təhsillidir.
Ağsu rayonu ərazisində fəaliyyət göstərən 87 saylı Ağsu –İsmayıllı Dairə Seçki Komissiyasının 56 məntəqəsinin hər birinə lövhənin hər iki üzünə namizədlərin şəkillərinin və digər təbliğat materiallarının yapışdırılmasına 01 dekabr 2014-cü il saat 09-00-da başlanılmışdır. Şəkillərin yapışdırılması hər qrupda 3 nəfər olmaqla 10 qrup tərəfindən gənclərdən ibarət olmaqla həyata keçirilir.



Balakən
Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının Seçki Qərargahında 23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərinin ikinci mərhələsinə start verilmişdir.
Rayon təşkilatının nəzdində yaradılmış Seçki Qəragahının təşviqat qrupu ikinci mərhələnin uğurla başa çatması üçün bələdiyyələrə namizədlərin və Yeni Azərbaycan Partiyasının " Rifah və Quruculuq naminə" şüarı ilə hazırlanmış plakatları Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq Seçki Məntəqələri ətrafında quraşdırılmış təşviqat lövhələrinə yerləşdirirlər. Seçicilərlə işin təşkilinə dair tövsiyyələr, Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının fəallarının təbliği ilə qərargahın tərkibində yaradılmış seçicilərlə işin təşkili qrupu fəaliyyətə başlamışdır.
Təbliğat kompaniyasının başlanması ilə əlaqədar Balakən şəhəri üzrə ərazi ilk təşkilatlarının fəalları təbliğat materiallarının yerləşdirilməsini bir bayram kompaniyası şəraitində həyata keçirilər. Balakən şəhəri üzrə yaradılmış 8 seçki məntəqəsində quraşdırılmış təşviqat lövhələri yenilənmiş, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü şüarla birlikdə namizədlikləri irəli sürülmüş bələdiyyə üzvlərinin palkatları yapışdırılmışdır. Təbliğat kompaniyasını uğurla başa vurmaq üçün tərtib olunmuş cədvəl üzrə yerli təbliğatçılar bələdiyyə əraziləri üzrə görüşlər keçirilər.


Ağdaş
Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının seçki qərargahı Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasına start verdi. İlk olaraq partiyanın rayon təşkilatının Gənclər birliyinin fəallarından təşkil olunmuş təşviqat qrupunun üzvləri rayonun 57 seçki məntəqəsinin ərazisində qurulmuş Təşviqat lövhələrinə Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkiləri ilə bağlı hazırlanmış və namizədlikləri 90 saylı Ağdaş və 89 saylı Göyçay-Ağdaş Dairə Seçki Komissiyaları tərəfindən 26 bələdiyyə üzrə qeydə alınmış 242 nəfər bələdiyyə üzvlüyünə namizədin şəkli əks olunmuş plakatları vurmuşlar. Bu kampaniya rayon ərazisində uğurla başa çatmışdır.
Tərtib olunmuş qrafikə uyğun olaraq bələdiyyə üzvlüyünə namizədlərin seçicilərlə görüşləri keçiriləcəkdir.


Biləsuvar
23 dekabr 2014-cü il tarixdə keçiriləcək Bələdiyyə seçkiləri ilə əlaqədar YAP Biləsuvar rayon təşkilatı təbliğat mərhələsinə star verib. Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlər qeydə alınmış və artıq onların təbliğatı üçün işlərə başlanmışdır. Seçki qanununa uyğun olaraq təbliğat-təşviqat işləri seçki gününə 23 gün qalmış həyata keçirilir. Bu məqsədlə YAP Biləsuvar rayon təşkilatında yaradılmış təbliğat-təşviqat qrupu YAP Mərkəzi Aparatı tərəfindən hazırlanmış şüarların, YAP tərəfindən irəli sürülmüş namizədlərin plakatları və Yeni Azərbaycan Partiyasının proqramı YAP Mərkəzi Aparatı tərəfindən alınmış, 30 noyabr 2014-cü il tarixdə təbliğat-təşviqat qruplarına paylanaraq seçki məntəqələrinin qarşısında quraşdırılmış lövhələrdən asılmışdır.Təbliğat-təşviqat kompaniyası davam etdirilir.

Sabuncu
YAP Sabuncu rayon teskilatinda bələdiyyə seckilərinin təbliğat təşviqat kampaniyasına start verilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB