YAP Qusar rayon təşkilatı bələdiyyə seçkilərinə hazırlığı davam etdirir
YAP Qusar rayon təşkilatı bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar tədbirlərini davam etdirir. 51 saylı Qusar və 53 saylı Quba-Qusar seçki dairələri üzrə partiya tərəfindən irəli sürülmüş 263 nəfər namizəd qeydə alınmışdır.
Seçki təbliğatı işlərinin aparılması üçün YAP Mərkəzi Aparatından bütün təbliğat və təşviqat materialları rayon təşkilatının qərargahında gətirilmişdir.
Təbliğat materialları Seçki məcəlləsinə üyğun olaraq ayrılmış yerlərdə yerləşdirilir.
Təbliğat kompaniyasının aparılması üçün 20 nəfərdən çox partiyanın fəalları cəlb olunmuşdur.
Seçki təbliğatı tərtib olunmuş xüsusi qrafik əsasında aparılacaqdır.
Aparılan geniş hazırlıq işləri göstərir ki,bələdiyyə seçkilərində partiyanın daha çox sayda namizədi qələbə qazana biləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB